yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Mənşəyi məlum olmayan siqaretlər bazara kim çıxardır?

Mənşəyi məlum olmayan siqaretlər bazara kim çıxardır?
3-05-2017, 15:24 56 742 dəfə baxılıb

Siqaret insan ömrünü 10 il azaldır. Bəs mənşəyi məlum olmayan siqaretlər necə? Gömrük Komitəsi hər gün xeyli sayda qanunsuz tütün məmulatlarının gömrüklərdə saxlanılıb məhv edildiyini açıqlayır. Amma bazarda yenə də istənilən qədər mənşəyi məlum olmayan siqaret var. Bəs bu məhsulları bazara daxil edənlər kimlərdir.
Bu barədə açıqlama verən Dövlət Gömrük Komitəsinin qurumun mətbuat xidmətinin rəhbəri Natiq Axundov bunu edənlərin əsasən sadə vətəndaşlar olduğunu bildirib:
"Bununla bağlı mütəmadi olaraq əməliyyatlar keçirilir. Hər gün demək olar ki, minlərlə siqaret tutulur. Hətta bu əməliyyatları bəzən foto və videolarla göstəririk. İnanın ağla gəlməyən yerlərdə - avtomobillərin gizli saxlanc hissələrində, ehtiyat təkərlərin üzərində və s. keçirənlər olur. Bununla maksimum şəkildə mübarizə aparmağa çalışırıq. Bunları bazara daxil edənlər əsasən də şəxsi istifadə üçün gətirənlərdir. Bildiyiniz kimi, Nazirlər Kabinetinin 305 saylı qərarına müvafiq olaraq hər bir fiziki şəxs şəxsi istifadəsi üçün ayda bir dəfə, 3 blokdan çox olmamaq şərti ilə gömrükdən siqaret keçirə bilər. Təəssüf ki, bundan süi-istifadə edirlər və şəxsi istifadə adı ilə gətirdikləri siqaretləri bazara çıxarırlar, sonda da belə xoşagəlməz mənzərə ortaya çıxır".
Araşdırma apararkən elan saytlarının birində qanunsuz siqaret satışı ilə məşğul olan şəxslərin elanına da rast gəldik.
Bəs bu işlə məşğul olanlar hansı məsuliyyəti daşıyır? Məsələnin hüquqi tərəfləri ilə bağlı ekspert Xəyal Bəşirov həmin şəxslərin həm cinayət, həm də inzibati məsuliyyətə cəlb edilə biləcəklərini qeyd edib:
“Tütün və tütün məmulatları haqqında Azərbaycan Respublikasının qanununda qanunsuz gətirmə ilə bağlı ayrı məsuliyyət, aksiz markası ilə markalanmalı olan, lakin markalanmayan tütün məhsullarının satılması isə ayrı məsuliyyətdir. Bu cür məmulatların dövriyyəsi ilə bağlı fəsildə qeyd olunur ki, bu məhsulların gətirilməsi üçün ya uyğunluq sertifikatı, ya da onu əvəz edən şəhadətnamə olmalıdır. Bunlar olmadan tütün məmulatlarının Azərbaycana idxal edilməsi qadağandır
Qanunvericilikdə qeyd olunan bu şərtləri yerinə yetirməyən fiziki və ya hüquqi şəxs həm inzibati, həm də cinayət məsuliyyətinə cəlb edilə bilər. Belə ki, 500 manata qədər aksiz markası ilə markalanmalı olan, lakin markalanmayan siqaretlərin ölkəyə gətirilməsi ilə məşğul fiziki şəxslər 80 manatdan 120 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 1500 manata qədər cərimələnə bilər. Əgər bundan artıq olarsa cinayət yükü daşıyır”.
Mənşəyi məlum olmayan siqaretlər bazara kim çıxardır?
Mənşəyi məlum olmayan siqaretlər bazara kim çıxardır?


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: olmayan, Mensheyi, chixardir, siqaretler, bazara, kim, melum
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ