XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Balakəndə mənşəyi məlum olmayan ət satışı ilə məşğul olan şəxs saxlanılıb

Balakəndə mənşəyi məlum olmayan ət satışı ilə məşğul olan şəxs saxlanılıb

Balakəndə mənşəyi məlum olmayan ət satışı ilə məşğul olan şəxs saxlanılıb
5-12-2019, 12:17

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinə rayonun Sarıbulaq kənd sakini sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı Şahin Dibirovun şəhər ərazisindəki yaşadığı evdə mənşəyi məlum olmayan heyvan ətinin satışı ilə məşğul olması barədə məlumat daxil olub. Polis əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə həmin ünvana baxış keçirilən zaman çəkisi 35 kiloqram olan dərisi soyulmuş halda 1 rəst at cəmdəyinin qalıqları aşkar edilib. Ətdən nümunələr götürülərək ekspertizaya təqdim edilib.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.