Gömrükdə qanunsuz içki və siqaret aşkarlandı
Gürcüstanla sərhəddə aksiz markasız xeyli içki və siqaret müsadirə olunub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postu yaxınlığındakı “Avtovağzal” adlanan ərazidə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan siqaret və spirtli içkilərin toplanması barədə məlumat daxil olub.
Dərhal yaradılan əməliyyat qrupunun qeyd edilən ərazidə apardığı əməliyyat tədbirləri nəticəsində içərisində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan malların olduğu ehtimal edilən “VAZ 21 099” markalı nəqliyyat vasitəsi saxlanılıb. Avtomobilin sərnişini Azərbaycan vətəndaşı nəqliyyat vasitəsindəki yüklərin ona aid olduğunu bildirdikdən sonra “Sınıq Körpü” gömrük postunun ərazisində qanunvericiliyə uyğun şəkildə yüklərə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobildən üzərində aksiz markası olmayan bir litrlik həcmdə 29 ədəd müxtəlif markalı spirtli içkilər, 4200 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək