SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Gizli iqtisadiyyat leqallaşmağa başlayır

Gizli iqtisadiyyat leqallaşmağa başlayır

Tarix:

29-04-2019, 09:03

/ 958 dəfə oxundu.
Gizli iqtisadiyyat leqallaşmağa başlayır

Maliyyə Nazirliyi ilin birinci rübündə büdcənin gəlir və xərclər üzrə proqnozların icra vəziyyətini açıqlayıb.

2019-cu ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 5 milyard 440 milyon manat, xərcləri isə 5 milyard 40 milyon manat olub. Bununla da, ilin ilk 3 ayında büdcədə 403,8 milyon manat profisit (gəlirlərin xərcləri üstələməsi) yaranmışdır.

Gəlirlərin strukturunun təhlili maraqlıdır. Birinci rübdə büdcə gəlirləri ötən ilin eyni dövrü ilə müqaisədə 876 milyon manat və yaxud 18 faiz artıb. Gəlirlərin 1 milyard 673 milyon manatını Vergilər Nazirliyi yığıb. Vergi yığımları ötən illə müqayisədə 236 milyon manat və ya 17 faiz artıb. Vergi yığımlarında qeyri-neft sektorunun payının 70 faizə yaxınlaşmasını da müsbət tendensiya kimi dəyərləndirmək olar.

Gömrük Komitəsinin yığımları isə rekord həddə qədər artıb 287 milyon manat və yaxud 40 faiz. Hər iki mənbə üzrə gəlirlərin artımı vergi-gömrük sistemində qeydiyyat sisteminin təkmilləşdirilməsi və gizli iqtisadiyyatın leqallaşdırılması il bağlıdır. Təbii ki, dövlət büdcəsinin qeyri-neft sektorunda sabit maliyyə qaynaqlarının artması yaxşı əlamətdir. Ancaq təəssüf ki, gizli iqtisadiyyatın əhəmiyyətli dərəcədə azaltmaq hələ mümkün olmayıb. Vergi və gömrük yığımlarındakı artımlar bu gizli potensialın yalnız bir hissəsir.

Təbii ki, gizli iqtisadiyyatın sıfırlanacağını tələb etmək mümkün deyil. Hətta ABŞ və Avropada da bu məsələ aktualdır. ABŞ-da gizli iqtisadiyyatın çəkisi ABŞ-da 10, Avropa Birliyi ölkələrində 8-14 faiz arasında dəyişir. Beynəlxalq təşkilatların hesablamalarına görə, Azərbaycanda bu göstərici 40 faizə yaxındır. Vergi və gömrük xidmətində qısamüddətli dəyişikliklər də göstərdi ki, gizli iqtisadiyyatın çəkisi yüksəkdir. Prezident İlham Əliyev də 2018-ci ilin yekunları ilə bağlı Nazirlər Kabinetinin genişləndirilmiş iclasında bidirdi ki, “kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparmaq lazımdır”.

Təbii ki, prosesin artıq başlanması özü müsbət haldır ilkin nəticələr də pis deyil. Gizli iqtisadiyyatın leqallaşması hesabına birinci rübdə ötən ilin eyni dövrü ilə müqyisədə 523 milyon manat (Vergilər Nazirliyi üzrə 236, Gömrük Komitəsi üzrə 287 milyon manat) çox vəsait yığılb, 403,8 manat profisit yaranıb. Bu artımlar artıq sosial layihələrin maliyyələşdirilməsini dəstəkləyir.

Məsələn, prezidentin minimum əmək haqqı və pensiyanın, təqaüd və müavinətlərin artırılması ilə bağlı sərəncamlarının maliyyə tutumuna (882 milyon manatdır) yaxın bir məbləğdir. Artıq bu məbləğin 403,8 manatı və yaxud 46 faizə yaxını artıq yığılıb. Gizli iqtisadiyyatın leqallaşdırılması davamlı olarsa, ilin sonuna qədər heç bir büdcə kəsirinə getmədən artımlar büdcənin indiki imkanları daxilində maliyyələşəcək.

istiqlal.az

Şərhlər

XƏBƏR LENTİ