Beynəlxalq Bankın mənfəəti 57%-dən çox azaldı
"Azərbaycan Beynəlxalq Bankı” (ABB) 2020-ci ilin sonuna olan hesabatını açıqlayıb.
Valyuta.Az bankın hesabatına istinadən xəbər verir ki, dövlət bankının əksər göstəriciləri 2019-cu ilin sonu ilə müqayisədə azalıb.
ABB-nin aktivləri 1 il ərzində 260 milyon 569 min manat və ya 2.8% azalaraq 8 milyard 962 milyon manata düşüb. Buna baxmayaraq dövlət bankının müştərilərinə verdiyi xalis kreditləri 213 milyon 21 min manat artaraq 2 milyard 366 milyon manata çatıb. Bundan başqa bankın cəmi öhdəlikləində də azalmalar olub. Belə ki, ABB-nin cəmi öhdəlikləri 1 il ərzində 247 milyon 550 min manat və ya 3.1% azalaraq 7 milyard 636 milyon manata düşüb. Buna əsas səbəb isə dövlət bankında olan müştərilərin depozitləri 85 milyon 531 min manat və ya 1.5% azalaraq 5 milyard 549 milyon manata bərabər olub.
Bankın cəmi kapitalı 2019-cu ilin son rübü ilə müqayisədə 13 milyon 18 min manat azalaraq 1 milyard 326 milyon manata enib.
Bankın faiz gəliri 35 milyon 696 min manat azalaraq 406 milyon 244 min manata, faiz xərcləri isə 6 milyon 114 min manat artaraq 104 milyon 275 min manata çatıb. Nəticədə bankın xalis faiz gəliri 301 milyon 968 min manat olub ki, bu da 2019-cu ilin sonu ilə müqayisədə 41 milyon 810 min manat və ya 12,1% azdır.
Qeyri-faiz gəliri 18 milyon 22 min manat və ya 12,5% azalaraq 125 milyon 389 min manata, qeyri-faiz xərcləri isə 58 milyon 477 min manat və ya 35,2% artaraq 224 milyon 146 min manata çatıb. Buna görə də bankın əməliyyat mənfəəti 203 milyon 211 min manat olub ki, bu da 2019-cu ilin son rübü ilə müqayisədə 118 milyon 339 min manat və ya 36,8% azdır.
Dövlət bankının xalis mənfəəti 172 milyon 925 min manat və ya 57,2% azalaraq 129 milyon 391 min manata düşüb.
ABB-nin məcmu kapitalı 2020-ci ilin son rübündə 1 milyard 112 milyon 195 min manat olub ki, bu da 2019-cu ilin 4-cü rübü ilə müqayisədə 18 milyon 560 min manat azdır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır