SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » S&P-nin "PAŞA Bank"ın reytinqi üzrə proqnozu "Mənfi"dir

S&P-nin "PAŞA Bank"ın reytinqi üzrə proqnozu "Mənfi"dir

Tarix:

17-01-2019, 12:59

/ 1 059 dəfə oxundu.
S&P-nin "PAŞA Bank"ın reytinqi üzrə proqnozu "Mənfi"dir

"Standard & Poor`s" (S&P) beynəlxalq reytinq agentliyi "PAŞA Bank" ASC-nin uzunmüddətli və qısamüddətli reytinqlərini "ВВ-/В" səviyyəsində təsdiqləyib.

Agentliyik "PAŞA Bank"ın reytinqlər üzrə proqnozunu "Mənfi" qiymətləndirib.

Agentlik reytinqlər üzrə proqnozunun neqativ olmasını Türkiyədə iqtisadi vəziyyətin bankın bu ölkədəki törəməsinin fəaliyyətinə təsiri ilə əlaqələndirib: "Bu qərar qəbul olunarkən bankın Türkiyədə fəaliyyət göstərməsi nəzərə alınıb. Belə ki, qarşıdakı 12-18 ay ərzində Türkiyədə iqtisadi risklər bankın bu ölkədəki törəməsinin biznes sabitliyinə və aktivlərin keyfiyyətinə təsir edə bilər”.

Buna baxmayaraq, S&P ekspertləri hesab edirlər ki, bank Azərbaycan bazarında mövqeyini genişləndirməyə davam edəcək.

Şərhlər

XƏBƏR LENTİ