“Standard & Poors” Azərbaycanın beynəlxalq kredit reytinqini açıqladı
Mayın 26-da "Standard and Poors" reytinq agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli xarici və milli valyutada suveren kredit reytinqlərini növbədənkənar qiymətləndirmə çərçivəsində dəyişməyərək müvafiq olaraq BB+/B səviyyəsində saxlayıb
Maliyyə Nazirliyindən verilən məlumata görə, növbədənkənar qiymətləndirmənin keçirilməsinin səbəbi Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin restrukturizasiya edilərək bir hissəsinin dövlətin suveren öhdəliklərinə ötürülməsi ilə bağlı planın açıqlanması olub.
"Standard and Poor`s" bildirir ki, ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası çərçivəsində dövlətin xarici borcunun ÜDM-ə nisbətdə artımı cari ilin yanvar ayında agentlik tərəfindən ölkə reytinqinin qiymətləndirilməsində nəzərə alındığından ölkənin suveren reytinqinə təsir etmir.
"Standard and Poor`s" tərəfindən Azərbaycanın beynəlxalq reytinqinin dəyişməz olaraq saxlanılması ABB-nin xarici borclarının restrukturizasiyası planının ölkənin beynəlxalq reytinqinə mənfi təsir göstərəcəyi və yeni borclanmalar üzrə faiz dərəcələrinin artacağı ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu sübut edir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək