S&P-nin "PAŞA Bank"ın reytinqi üzrə proqnozu "Mənfi"dir

Agentliyik "PAŞA Bank"ın reytinqlər üzrə proqnozunu "Mənfi" qiymətləndirib.
Agentlik reytinqlər üzrə proqnozunun neqativ olmasını Türkiyədə iqtisadi vəziyyətin bankın bu ölkədəki törəməsinin fəaliyyətinə təsiri ilə əlaqələndirib: "Bu qərar qəbul olunarkən bankın Türkiyədə fəaliyyət göstərməsi nəzərə alınıb. Belə ki, qarşıdakı 12-18 ay ərzində Türkiyədə iqtisadi risklər bankın bu ölkədəki törəməsinin biznes sabitliyinə və aktivlərin keyfiyyətinə təsir edə bilər”.
Buna baxmayaraq, S&P ekspertləri hesab edirlər ki, bank Azərbaycan bazarında mövqeyini genişləndirməyə davam edəcək.