SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ucar sakini nədən və kimdən narazılıq edir - Müraciət

Ucar sakini nədən və kimdən narazılıq edir - Müraciət

Tarix:

11-02-2019, 09:25

/ 1 370 dəfə oxundu.
Ucar sakini nədən və kimdən narazılıq edir - Müraciət

Ucar rayonu Gəraybəyli kənd sakini Nuriyev Teymur Əli oğlu prezident İlham Əliyevə müraciət ünvanlayıb. Bir nüsxəsi də xalqxeber.az-a daxil olan müraciətdə deyilir:

"Mən 10.09.1980-cı il tarixdə Ucar rayonunda anadan olmuşam. 20.05.2011-ci il tarixdə Ucar Dövlət Yanğından Mühafizə Hissəsinə yanğınsöndürən vəzifəsinə işə qəbul olunmuşam.Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən təsdiqlənmiş 29 yanvar 2018-ci il tarixli əmri ilə qanunsuz olaraq işdən azad olunmuşam. Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən təsdiqlənmiş 29 yanvar 2018-ci il tarixli əmri mənə təqdim etməsələrdə şifahi məlumat verdilər ki, dəfələrlə barəndə tənbeh tədbirləri tətbiq edilməsinə baxmayaraq heç bir nəticə çıxarmamışdır öz əmək funksiyamı və ya əmək müqaviləsi üzrə öhdəliklərimi yerinə yetirmədiyimə və qanuni əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə istinad edilmişdir.Guya mən işə spirtli içki qəbul edib gəlmişəm sərxoş olmuşam.Ancaq məhkəmə tərfindən sorğu edilib alınmış sənəddə tam subut olundu ki, qeyd edilən 06 noyabr 2017-ci il tarixdə iş zamanı spirtli içki qəbul etməmişəm sərxoş olmamışam.
Mən əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının . ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdim.
İddia ərizəm üzrə məhkəmə tərəfindən sorğu edilib alnımış sənəddə qeyd edilib ki, “Ucar rayon Mərkəzi Xəstəxanasının 30.11.2018-ci il tarixli 1595 nömrəli məktubunda qeyd edilmişdir ki, Nuriyev Teymur Əli oğlu 06.11.2017-ci il tarixdə saat 09-45-də sərxoşluq vəziyyətinin tibbi müayinəsi üçün müraciət etmişdir.Müayinə alkotestlə aparılmış və onda sərxoşluq vəziyyəti aşkar olmamışdır.”

Bu konkret və mötəbər subutdur ki, mənim işdən çıxarlmağıma dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 29.01.2018-ci il tarixli əmri qanunsuzdur.
Bütün bu konkret və mötəbər subutlara baxmayaraq Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi Kənan Vəlıyev iddia ərizəmi təmin edilməməsinə dair 07 dekabr 2018-ci il tarixli 2-1(84)-1286/2018 saylı qərar çıxartdı.
Həmin qərardan verdiyim apellyasiya şikayətimə 13 fevral 2019-cu il tarixdə Şəki Apellyasiya Məhkəməsinin hakimi Gündüz Abbasov baxacaq.Çox-çox narahatam ki, Şəki Apellyasiya Məhkəməsinin hakimi Gündüz Abbasov Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi Kənan Vəliyev kimi qanunu qərar çıxarmaqdan çəkinər.Çünki hakim Kənan Vəliyev mənə açıq-aşkar dedi ki, sən düzsən subutlarında iddia ərizənin təmin edilməsinə əsasdır, ancaq mən Fövqəladə Hallar Nazirliyniə qarşı qərar çıxara bilmərəm, işimdən qorxuram.
Bu qərar mənim ailəmin acından ölməsinə dair verilib.Çünki mən haqlı olaraq ədalətin bərpasına nail ola bilmirəmsə bu mənim və ailəmin acından ölməsinə gətirib çıxaracaq. İşlədiyim kollektivin və rəhbərliyin hörmətini, etimadını qazanmışam.İşlədiyim iş mənim yeganə qazanc mənbəyimdir.Əmək haqqım olduğu üçün bankdan kredit götürüb adıma olan hazırda yaşadığımız mənzili girov qoymuşdum. Mən işə sərxoş vəziyyətdə gəlməmişəm, Fövqəladə Hallar Nazirliyinin işdən çıxarılmağıma dair əmr qanunsuz və əsassızdır.Bir ildən çoxdur ki, işdən çıxarıldığım üçün borc edib yaşayırıq. Artıq ailəmiz aclıqdan xəstəlik tapıb.Mənə, ailəmə qarşı edilmiş bu haqsızlığı Allahda götürməz.
Ümüdüm Şəki Apellyasiya Məhkəməsinin 13 fevral 2019-cu il tarixdə çıxaracağı qəraradır.Əgər Şəki Apellyasiya Məhkəməsi qanunları ali tutarsa iddia ərizəm təmin olacaq işə bərpa olacam ki, bununlada ailəm azyaşlı uşağlarım ölməyib yaşayacaqlar. Yox əgər Şəki Apellyasiya Məhkəməsidə birinci məhkəmə kimi qanunsuz qərar çıxaracaqsa mən həmin günü ailəmi özümü ölmüş biləcəm.Bu isə faciələrə gətirib çıxaracaq.Çünki mənim uşaqlarım aclıqdan öləcəksə mənə yaşamaq lazım deyil.

Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib çox-çox xahiş edirəm mənim azyaşlı övladlarımın aclıqdan məhv olmasının qarşısını alın apellyasiya məhkəməsində ədalətin bərpa edilib qanunsuz çıxarıldılğım işimə bərpa edilməyimə köməklik göstərin".

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ucar sakini nədən və kimdən narazılıq edir - Müraciət
Ucar sakini nədən və kimdən narazılıq edir - Müraciət

Şərhlər

XƏBƏR LENTİ