Dövlət Yanğından Mühafizə Xidməti FHN-dən alınır? - İDDİA
Dövlət Yanğından Mühafizə Xidməti Fövqaladə Hallar Nazirliyinin tabeliyindən çıxarıla bilər.
Buna səbəb isə Dövlət Yanğından Mühafizə Xidmətinin son zamanlar ölkənin müxtəlif regionlarındakı meşələrdə baş verən yanğın hadisələrinin qarşısının alınması üçün operativlik nümayiş etdirə bilməməsidir.
Qlobal.az-ın əldə etdiyi məlumata görə hazırda FHN-nin strukturuna daxil olan Dövlət Yanğından Mühafizə Xidmətinin agentliyə çevriləcəyi və quruma əlavə səlahiyyətlərin veriləcəyi gözlənilir.
Qeyd edək ki, bundan öncə də mətbuatda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınlarının hadisə yerinə gecikdiyi, bəzi hallarda isə maşınların susuz gəldiyi barədə məlumatlar yayılıb.
Xatırladaq ki, Dövlət Yanğından Mühafizə Xidməti Fövqaladə Hallar Nazirliyi yaranmamışdan əvvəl Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək