SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Süleyman Mikayılov istirahətə hazırlaşır... - Sahibkarlar isə narazıdır

Süleyman Mikayılov istirahətə hazırlaşır... - Sahibkarlar isə narazıdır

Tarix:

13-07-2018, 15:43

/ 1 898 dəfə oxundu.
Süleyman Mikayılov istirahətə hazırlaşır... - Sahibkarlar isə narazıdır

Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov istirahətə hazırlaşır. Bu barədə DİA.AZ-a daxil olan şikayət ərizəsində qeyd olunur ki, icra başçısının adamları yerli idarə müdirlərindən və sahibkarlardan növbəti dəfə pul toplamağa başlayıblar ki, bu da səbəbsiz deyil.

Daxil olan müraciətdə deyilir: "Bu gündən başçının adından bu tələbi ilə adamları gəldilər. Biz də xırda sahibkarıq. Dedilər ki, aylıqdan əlavə verməliyik. Bəlkə də başçının xəbəri yoxdur. Bəlkə də var. Şünki deyilər Süleyman müəllim tətili Braziliyada edəcək. Neçə ildir ora gedir. Özünüz baxın, bizdən pul yığır ki, tətilə getsin. Halbuki onun pulu ilə bütün Braziliya camaatını bura gətirmək olar".

Narazı sahibkarlar Süleyman Mikayılovun Braziliyada əvvəlki istirahətlərinin birində çəkdirdiyi şəkilləri də göndəriblər və yazırlar:

"Cənab prezident məmurlara dəfələrlə xəbərdarlıq edir ki, sahibkarları, camaatı incitməsinlər. Amma görünür ki, Süleyman Mikayılova bu sözlərin təsiri yoxdur. Belə olmasaydı, onun adamları başçının adından bizdən pul toplamağa cürət etməsdilər".

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ