SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Süleyman Mikayılovdan prezidentə daha bir şikayət - "...canımız "Süleyman Mikayılov" adlı bəladan qurtulacaq"

Süleyman Mikayılovdan prezidentə daha bir şikayət - "...canımız "Süleyman Mikayılov" adlı bəladan qurtulacaq"

Tarix:

24-05-2017, 10:21

/ 61 464 dəfə oxundu.
Süleyman Mikayılovdan prezidentə daha bir şikayət - "...canımız "Süleyman Mikayılov" adlı bəladan qurtulacaq"

Redaksiyamıza müraciət edən bir qrup sahibkar Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovdan giley etməklə yanaşı, onunla bağlı prezident İlham Əliyevə müraciəöt hazırldaıqlarını da bildiriblər. Şikayətçi sahibkarlar iddia edir ki, Süleyman Mikayılov raypn ərazisindəki karxana işlədənlərdən yenidən pul toplamağa başlayıb.
Sahibkarlar yazır: "Hara şikayət ediriksə, xeyri yoxdur. Süleyman Mikayılov açıq şəkildə deyir ki, arxasında Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov dayanıb və o, istəyini edə bilər. Görün, işin harasıdır ki, biz açıq şəkildə ortaya çıxıb, şikayət də edə bilmirik. Çünki etdiyimiz şikayətlərin təsirini görmürük, Kimsə Süleyman Mikayılova hansısa formada təsir etmir. Görünür, Kəmaləddin Heydərov onu yaxşı qoruyur".
Şikayətçilər onu da bildiriblər ki, amma onlar bu ölkənin sahibinin olduğuna tam əmindirlər: "Süleyman Mikayılovdan fərqli olaraq biz hörmətli prezidentimizə, Azərbaycan dğövlətinə güvənirik və inanırıq ki, nəhayətdə bizim canımız "Süleyman Mikayılov" adlı bəladan qurtulacaq".

Qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ