Süleyman Mikayılov pulyığımına start verib - Daş karxanaları qan ağlayır
Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov rayon ərazisində yerləşən daş karxanalarına əlavə racon kəsib. Bu barədə daının adının çəkilməməsini istəyən sahibkarlardan biri məlumat verib.
Xəbəri verən sahibkar bildirir ki, onsuz da onlar icra başçısına aylıq haqq verirlər. Sahibkarın söylədiyi:
"Hər ay haqqımızı veririk. Bu dəfə isə bizdən aylığa aidiyyatı olmayan pul tələb edib. Özü də məöbləğ kifayət qədər böyükdür. Məsələn, bizdən 20 min istəyir. Başqalarını deyə bilmərəm. Amma öyrənmişəm ki, hamıya "tas qoyulub". Əgər verməsək... Bunun necə bitəəyini hamımız yaxşı bilirik".
Süleyman Mikayılovun nədən sahibkarlara əlavə haqq qoymasının da səbəbləri barədə müəyyən informasiyalar daxil olub. Belə ki, rayonda gəzən söhbətlərə görə Mikayılov yaxın günlərdən Qaradağ RİH başçılığından uzaqlaşdırılır və bu da onun son olaraq qazanc əldə etmə təşəbbüsü kimi dəyərləndirilə bilər.
Qarşı tərəfi də dinləməyə hazırıq...
dia.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək