SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sahil Babayev nazirliyi talan edənləri ifşa etdi - ƏJDƏR OL HƏBS OLUNUR?

Sahil Babayev nazirliyi talan edənləri ifşa etdi - ƏJDƏR OL HƏBS OLUNUR?

Tarix:

27-04-2018, 10:11

/ 3 963 dəfə oxundu.
Sahil Babayev nazirliyi talan edənləri ifşa etdi - ƏJDƏR OL HƏBS OLUNUR?

Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmiş Sahil Babayev kollektivə təqdim olunduqdan sonra nazirlikdə islahata başlayıb.
Mia.az-adaxil olan məlumata görə, yeni nazirin ilk qərarı iləAparat rəhbəri Əjdər Cəbiyev vəzifəsindən kənarlaşdırılıb. Belə ki, artıq Ə.Cəbiyev ərizəsini yazaraq işdən ayrılıb. Yaxın günlərdə onunla bağlı əmrin veriləcəyi də qeyd olunur.
Məlumat üçün bildirək ki, Əjdər Cəbiyev sabiq nazir Səlim Müslümovun ən yaxın adamı hesab olunurdu. Nazirliklə bağlı bütün narazılıqlarda onun adı hallanırdı.Görünür, yeni nazir "təmizləmə əməliyyatı"na aparat rəhbərindən başlamaqla ciddi islahatlar həyata keçirəcəyinin anonsunu verib.
Nəzərə alaq ki, Nazirliyin bütün strukturlarında Ə.Cəbiyevin qardaşı başda olmaqla, yaxın ətrafı yüksək vəzifələrdə təmsil olunur. Nazir S.Babayevin yaxın vaxtlarda onlarla bağlı da qəti qərar verəcəyi gözlənilir.
Əjdər Ol imzası ilə ədəbiyyatda təmsil olunan Əjdər Cəbiyev illər öncə Sosial Müdafiə Fondunu, son 3 ildə isə Sosial Müdafiə nazirliyini talamaqla məşğul olub. Şimal, cənub və qərb bölgəsi üzrə nazirliyin təmsilçiləri, qurumun region sədrləri Əjdər Olun ya qohumlarında, ya da tanışlarından ibarətdir. Redaksiyamıza daxil olan iddialara görə Əjdər Cəbiyev bütövlükdə bu illər ərzində 10 milyona yaxın dövlət büdcəsini talayıb. Onun sahib olduğu villalar, obyektlər, mülklər bunu deməyə əsas verir. Onun qurduğu sistemdə isə yalnız bir əsas şərt var idi: AUDİT RAZI YOLA SALINMALIDIR! Dövlətin maraqları, qarşıya qoyulan hədəflər, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması isə birmənalı şəkildə bu nazirliyin prioritetindən çıxarılmışdır. Məhz buna görə son 5 ildə ölkə Prezidentinə ünvanlanan şikayətlərin aza qala 80 faizi məhz bu qurumun payına düşürdü.
Belə olan təqdirdə Əjdər Olun ərizə yazıb rahat şəkildə qurumu tərk edəcəyi inandırıcı gəlmir. Çox güman ki, yeni nazir Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq sistemdə olan korrupsiya hallarını aradan qaldırmaqla yanaşı, Səlim Müslümov və Əjdər Cəbiyev klanının büdcədən oğurladıqları milyonları da geri qaytarmağa müvəffəq olacaq.

İCMAL.az

Şərhlər

XƏBƏR LENTİ