XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Səlim Müslimovun adamları təmizlənir: İlk qurbanlardan biri Fuad Əlizadə olacaq

Səlim Müslimovun adamları təmizlənir: İlk qurbanlardan biri Fuad Əlizadə olacaq

Səlim Müslimovun adamları təmizlənir: İlk qurbanlardan biri Fuad Əlizadə olacaq
26-04-2018, 09:22

Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmiş Sahil Babayev kollektivə təqdim olunduqdan sonra nazirlikdə islahata başlayıb.
Mia.az-a daxil olan məlumata görə, yeni nazirin ilk qərarı ilə Aparat rəhbəri Əjdər Cəbiyev vəzifəsindən kənarlaşdırılıb. Belə ki, artıq Ə.Cəbiyev ərizəsini yazaraq işdən ayrılıb. Yaxın günlərdə onunla bağlı əmrin veriləcəyi də qeyd olunur.
Məlumat üçün bildirək ki, Əjdər Cəbiyev sabiq nazir Səlim Müslümovun ən yaxın adamı hesab olunurdu. Nazirliklə bağlı bütün narazılıqlarda onun adı hallanırdı. Görünür, yeni nazir "təmizləmə əməliyyatı"na aparat rəhbərindən başlamaqla ciddi islahatlar həyata keçirəcəyinin anonsunu verib.
Nəzərə alaq ki, Nazirliyin bütün strukturlarında Ə.Cəbiyevin qardaşı başda olmaqla, yaxın ətrafı yüksək vəzifələrdə təmsil olunur. Nazir S.Babayevin yaxın vaxtlarda onlarla bağlı da qəti qərar verəcəyi gözlənilir.
“Hürriyyət”in əldə etdiyi məlumata görə isə, yeni nazirin qələmini qıracağı gözlənilən ikinci şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə ola bilər.

Bildirilir ki, Fuad Əlizadə keçmiş nazir Səlim Müslimovun bacısının kürəkənidir. Daydayısının bütün qara işlərini və xaricdəki biznesini idarə edən Fuad Əlizadə 26 mart 1980-ci ildə Naxçıvan şəhərində anadan olub.

1996-2000-ci illərdə Azərbaycan Dillər Universitetinin filologiya fakültəsində təhsil alıb və ingilis dili ixtisasına yiyələnib.

2001-2005-ci illərdə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində referent, böyük məsləhətçi vəzifələrində çalışıb.

2004-2006-cı illərdə Naxçıvan Dövlət Universitetini Pedaqoqika nəzəriyyəsi və tarixi fakültəsində təhsilini davam etdirərək magistr dərəcəsini alıb.

2005-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi aparatının Beynəlxalq əlaqələr və strateji araşdırmalar şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunub. Maraqlıdır ki, bu vəzifəyə təyin olunandan sonra Fuad Əlizadənin ikinci təhsilini almaq istəyi ortaya çıxıb. O, bu dəfə meylini başqa xarici dil öyrənməyə deyil, iqtisadiyyata salıb və 2005-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsində oxuyub. 1 elmi məqalənin və 5-dən artıq məqalənin müəllifidir.
Heç bir hüquqi savadı olmamasına baxmayaraq, 2005-ci ildən etibarən Fuad müəllimin sorağı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş departamentindən gəlib. O, bu departamentdə audit sektorunun müdiri vəzifəsində çalışıb və vəzifəsini 2013-cü ilə qədər davam etdirib.
2013-cu ildə isə daydayısının yanında gözlənilməz zirvələr fəth etməyə başlayan Fuad Əlizadə həmin ilin 14 noyabrında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub. Üzərindən 5 ay keçməmiş isə Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə keçib və indiyə qədər o vəzifədə çalışır.

Dövlət qulluğunun baş müşaviridir. Rus və ingilis dillərində sərbəst danışır.

Məlumatlı mənbənin bildirdiyinə görə, Fuad bütün bu yüksəlişinə görə daydayısı Səlim Müslimova borcludur. Səlim Müslimovun köməkliyi ilə 2012-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalıyla da təltif olunub.
Səlim Müslimovun biznesinə nəzarət etməsi Fuad Əlizadəni xeyli inkişaf etdirib. Onun Bakının ən təmtəraqlı məkanlarında evləri, bahalı maşınları var.
Əldə etdiyimiz bəzi məlumatları dəqiqləşdirdikdən sonra oxucularımızla paylaşacağıq. Hələlik isə onun bəzi eksklüziv şəkillərini təqdim edirik.
Səlim Müslimovun adamları təmizlənir: İlk qurbanlardan biri Fuad Əlizadə olacaq
Səlim Müslimovun adamları təmizlənir: İlk qurbanlardan biri Fuad Əlizadə olacaq

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.