Tərtər rayonunda yol qəzası olub.
DİN-ə istinadən xəbər veririk ki, hadisə yanvarın 22-də Qaradağlı kəndində baş verib. Rayon sakini Məhəmməd Əhmədov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən həmyerlisi Firdovsi Məmişovu vurmuş və piyada hadisə yerində ölüb.
Tərtər RPŞ tərəfindən araşdırma aparılır.