Kürdəmirdə mikroavtobusla “KAMaz” toqquşub - Ölən və yaralılar var
Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-ə istinadən xəbər veririk ki, sentyabrın 14-də saat 3 radələrində Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində Laçın rayon sakini Bünyad Əliyev idarə etdiyi “Mercedes” markalı mikroavtobusu qarşıda gedən Tərtər rayon sakini Mobil Abbasovun idarə etdiyi “KAMaz” markalı avtomobilin qoşqusuna vurub. Nəticədə B.Əliyevin sərnişinlərindən Gəncə şəhər sakini Amaliya Mansurova hadisə yerində ölüb, özü və digər 8 sərnişini isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək