SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Lider TV müflis olub?

Lider TV müflis olub?

Tarix:

22-09-2017, 10:06

/ 92 103 dəfə oxundu.
Lider TV müflis olub?

Lider kanalının müflis olmaq üzrə olduğu və oktyabr ayında satışa çıxarılacağı ilə bağlı məlumatlar yayılıb.

Kanalın işçiləri artıq 4 aydan çoxdur ki, maaş almır. Sosial şəbəkədə yayılan məlumatlara görə, xəbərlər və həmçinin digər canlı yayımda çalışan əməkdaşlar işdən çıxarılıb. Hətta kanalın gecə növbəsinin ləğv olunduğu və bəzi texniki avadanlıqların satışa çıxarıldığı da qeyd olunur.

Məsələyə münasibət öyrənmək üçün “Xəbərlər” departamentinin müdiri Anar Şükürovla əlaqə saxladıq. O qeyd edib ki, rəhbəri olduğu departament fəaliyyətini davam etdirir: “Gördüyünüz kimi, yeni sezonda biz hər iki saatdan bir efirə çıxırıq. Amma digər suallarla bağlı kanalın PR meneceri ilə əlaqə saxlamaq lazımdır”.

“Qafqazinfo” kanalın PR meneceri ilə əlaqə saxlasa da, onun telefonuna zəng çatmayıb.

Şərhlər

XƏBƏR LENTİ