SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Nazir oldu, "Sumqayıt" futbolçuları pulsuz qaldı - Muxtar Babayev onları unudub?

Nazir oldu, "Sumqayıt" futbolçuları pulsuz qaldı - Muxtar Babayev onları unudub?

Tarix:

17-08-2018, 17:22

/ 1 771 dəfə oxundu.
Nazir oldu, "Sumqayıt" futbolçuları pulsuz qaldı - Muxtar Babayev onları unudub?

2017-ci ildə oğurluğa görə həbs edilən "Sumqayıt" Futbol Klubunun oyunçusu Nicat Muxtarov qısa bir zamanda azadlığa çıxdı. Bu klubun rəhbəri isə indiki ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev idi. Muxtarov bundan öncə 2016-cı ilin mövsümündə 26-cı turunda hakimləri təhqir etməsinə görə 4 oyunluq cəzalandırılıb və 3200 manat cərimə olunub. Ötən mövsümün son iki turunda, eləcə də bu mövsüm “Sumqayıt”ın “Kəpəz” və “Qəbələ” ilə oyunlarında meydana çıxmayan Nicat cəzasını çəksə də, pul AFFA-ya ödənilməyib.

Xatırladaq ki, Nicat Muxtarov sentyabr ayı ərzində müxtəlif vaxtlarda Sumqayıt telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlanmasında şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev tutulmuşdu.
Bəs indi "Sumqayıt" klubunda vəziyyət necədir? Daxil olan informasiyaya əsasən uzun illər klubun Müşahidə Şurasının sədri olan, bir zamanlar Azərkimya İstehsalat Birliyinin sədri və Milli Məclisin deputatı olan, indi isə nazir işləyən Muxtar Babayev futbolçulara daha dəstək olmur. Redaksiyamıza daxil olan məlumata əsasən may ayından bu günə qədər klubda futbolçulara əmək haqqı ödənilmir. "Muxtar müəllim nazir təyin ediləndən sonra klubda ciddi maliyyə böhranı var. Futbolçular fəhləlik edirlər. Deyirlər ki, ümumiyyətlə yay aylarında pul olmur" deyə mənbəmiz bildirir.

Maraqlıdır ki, adətən yay mövsümündə hər dəfə futbolçular əmək haqlarının kəsilməsindən şikayət edirdilər. Yerli medianın yazdıqlarına görə, adətən Muxtar Babayev yay aylarında Avropa ölkələrində istirahət edirmiş. Bu il isə yeni nazir təyin olunduğuna görə, Bakıdan kənara çıxmayan nazirin "Sumqayıt" a niyə diqqət göstərməməsi suallar yaradır. Görünür bu səbəbdəndir ki, klubun futbolçuları da kabel oğurlayaraq başlarını saxlamağa üstünlük verirlər.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Gundeminfo.az
Nazir oldu, "Sumqayıt" futbolçuları pulsuz qaldı - Muxtar Babayev onları unudub?
Nazir oldu, "Sumqayıt" futbolçuları pulsuz qaldı - Muxtar Babayev onları unudub?

Şərhlər

XƏBƏR LENTİ