yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Azərbaycan çempionu məhkəmənin qərarından narazıdır - FOTO

Azərbaycan çempionu məhkəmənin qərarından narazıdır - FOTO
7-08-2017, 15:41 56 543 dəfə baxılıb
yüklənir...

Bir müddət əvvəl şotokan karate üzrə Azərbaycan çempionu, qara kəmər ustası Sultanova Aynur Azad qızının Apelyasiya Məhkəməsindən şikayət məktubunu təqdim etmişdik. Şikayətdə A. Sultanova atasının ölümündən sonra Şir Sultanov adlı birinin atasının nikahdan kənar övladı olduğunu iddia edərək atasından qalan torpaq sahəsini satdığını bildirib.

“Qafqazinfo”ya yenidən müraciət edən A. Sultanova bildirib ki, sonradan prokurorluqda Şir Sultanovun təqdim etdiyi sənədlərin saxta olduğu ortaya çıxıb.

Yasamal məhkəməsi haqlı olaraq qərar çıxardır ki, bir məsələyə ikinci dəfə baxmaq olmaz, çünki apelyasiyanın xitam qərarı var. Buna baxmayaraq qarşı tərəf Apelyasiya Məhkəməsindən şikayət edir. Biz DNK vəsatətini məhkəmədə qaldırsaq da, təmin olunmur. Əvəzində hakim Məmməd Məmmədov qarşı tərəfin atalıq vəsatətini təmin edir.

Şikayətçi daha sonra Ali məhkəməyə kassasiya şikayəti verib: “Kassasiya şikayətimiz hakim Qəhrəman Allahverdiyev tərəfindən təmin olundu və yenidən baxılması üçün iş Apellyasiya məhkəməsinin hakimi Abidin Hüseynovun icraatına verilib. Ali məhkəmə mübahisənin ədalətli həlli üçün yenə DNT analizi tələb etsə də, bu dəfə də analiz tələb olunmur və saxta sənədlərlə 28 yaşında atalığın etiraf edilməsi faktını təmin edir.

Son çarə olaraq 2(102)-5482/2017 iş nömrəli vəsatətə doğru baxılması üçün media vasitəsilə prezidentə müraciət edirəm”.

Qeyd edək ki, Şir Sultanovun anası Xatirə Əsgərova redaksiyamıza gələn zaman DNK analizi verməyə razılaşdıqlarını, ancaq qarşı tərəfin etiraz etdiyini demişdi.
Azərbaycan çempionu məhkəmənin qərarından narazıdır - FOTO
Azərbaycan çempionu məhkəmənin qərarından narazıdır - FOTO


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: FOTO, , mehkemenin, Azerbaycan, qerarindan, narazidir, chempionu
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-08-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

sunay1ramazanova@gmail.com


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ