Quba sakini hakimlərdən şikayətçidir - “Övladlarımın üzünə həsrətəm”
Quba sakini Murad Əliyev məhkəmlərdə üzləşdiyi haqsızlıqla əlaqədar Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
Müraciətin bir surətini də Yenisabah.az-a göndərən şikayətçi bildirir ki, məhkəmələr onu övladlarının üzünə həsrət qoyub.
Murad Əliyev yazır ki, Quba Rayon Məhkəməsi onun övladları ilə görüşməsilə bağlı qərar çıxarıb. Qarşı tərəf qərardan apellyasiya şikayəti verib və məhkəmə qanunsuz olaraq birinci instansiyanın qərarını ləğv edib. Daha sonra birinci instansiya qarşı tərəfin maraqlarını təmin edən qərar çıxarıb. Murad Əliyev qərardan apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi isə şikayəti təmin etməyib. “Apellyasiya Məhkəməsinin qərarı mənim üçün gözlənilən idi. Çünki qarşı tərəf əvvəlcədən işarə vururdu ki, qərar onun xeyrinə olacaq. Məhkəməyə rüşvət verdiyinə eyham edirdi. Digər tərəfdən, mən tərkibə etiraz etmişdim. Amma etirazım qəbul olunmamışdı. Aydın şəkildə görünürdü ki, məhkəmə qarşı tərəfin maraqlarını müdafiə edir”, - deyə Murad Əliyev bildidirir.
Şikayətçi yazır ki, məsələ ilə bağlı əvvəldən Məhkəm Hüquq Şurasına müraciət edib. Lakin heç bir nəticəsi olmayıb.
“Ona görə də məhkəmlərin ədaləti deyil maraqları müdaifə edəcəyi mənim üçün gözlənilən idi”, deyə şikayətçi hüquqi müstəvidə mübarizəni davam etdirəcəyini deyib. “Ali Məhkəməyə kassasiya şikayəti verəcəm. Ona qədər Birinci vitse-spiker Mehriban Əliyevaya müraciət etmişəm. Mehriban xanımdan xahiş edirəm ki, məni qəbul etsin, məhkəmələrin məni necə övladalarımın üzünə həsrət qoyduğunu faktlarla ortaya qoyum. Eyni zamanda ondan prosesi nəzarətə götürməyi xahiş edirəm”, - deyə Murad Əliyev bildirib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...