XalqXəbər.Az

Bakıda binada yanğın: Yaralananlar var - FOTO

yüklənir...
Bakıda binada yanğın: Yaralananlar var - FOTO
17-05-2017, 09:57
yüklənir...

Bakının Xətai rayonunda hündürmərtəbəli binada 2 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.
Yanğın Gəncə prospekti, 29 ünvanında yerləşən 21 mərtəbəli binanın şaxtasında qeydə alınıb.
Yanğın tüstülənmə ilə müşahidə olunub. Nəticədə bina sakinlərindən biri azyaşlı olmaqla iki nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 5 texnikası, o cümlədən canlı qüvvəsi və "təcili yardım xidməti"nin 4 maşını cəlb edilib. Bütün bina sakinləri təxliyə olunub.
İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən qısa qapanma səbəb olub.
Yanğının dəqiq hansı səbəbdən baş verdiyi araşdırılır.
Bakıda binada yanğın: Yaralananlar var - FOTO
Bakıda binada yanğın: Yaralananlar var - FOTO
Bakıda binada yanğın: Yaralananlar var - FOTO
Bakıda binada yanğın: Yaralananlar var - FOTO

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.