SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Qubada bıçaqlanma

Qubada bıçaqlanma

Tarix:

22-02-2019, 11:46

/ 859 dəfə oxundu.
Qubada bıçaqlanma

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba rayon sakini Rafiq Əliməmmədovun bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarəti ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayon sakini, əvvəllər məhkum olunmuş 59 yaşlı Zakir Məmmədov saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, R.Əliməmmədova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Şərhlər

XƏBƏR LENTİ