XalqXəbər.Az

Bakıda məşhur "avtoş"u kim öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

yüklənir...
Bakıda məşhur
19-11-2018, 01:39
yüklənir...

Bakı şəhərinin Şüvəlan qəsəbəsində 2 nəfər güllələnib.

Publika-ya istinadən xəbər veririk ki, dünən günorta saatlarında Şərifov Vüqar Bəxtiyar oğlu qəsəbə sakini Babayev Cabir Yaşar oğlunu güllələyərək öldürüb. O, polisə gələrək könüllü şəkildə təslim olub.

Bildirilir ki, qətlə yetirilən Cabir Babayev Bakının məşhur "avtoş"larından olub və "Cabir-012" adı ilə tanınıb. Onun ölümü isə təsadüf nəticəsində baş verib. Belə ki, Cabirin dostu Vüqarın qardaşının üzünə "şram" atıb. O, da həmin şəxsi güllələmək istəyib və bu zaman atəş Cabirə tuş gəlib. Hadisə şahidləri Cabiri Vüqarın deyil, onun qardaşının güllələdiyini deyiblər.

Dünən Şüvəlan qəsəbəsinin başqa hissəsində də güllələnmə olub. Qəsəbədəki maşınqayırma pansionatının yaxınlığında 1986-cı il təvəllüdlü Əliyev Qorxmaz Adil oğlu qohumu, 1979-cu il təvəllüdlü Quliyev Sərvər Məmməd oğlunu güllələyib. Ağır xəsarət alan S.Quliyev xəstəxanaya çatdırılıb.

Bildirilir ki, Qorxmaz Əliyev maşınından qəfil silah götürərək atəş açıb, hadisənin səbəbi hələlik məlum deyil.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.