Lənkəranskinin qətlində iştirak edən killer öldürüldü
Ötən ilin avqustunda qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin qətlində şübhəli bilinən şəxs güllələnib.
Rusiya KİV-nə istinadən xəbər veririk ki, sözügedən şəxs Cabir Həsənovdur. Rusiya mediası onun ölümünün müəmmalı olduğunu qeyd edir. Belə ki, aprelin 28-də Sankt-Peterburq şəhərində evinin yaxınlığında öldürülən 42 yaşlı Cümşü Həsənovun daha sonra Cabir Həsənov olduğu məlum olub.
Bundan başqa, məlumatlarda qeyd edilir ki, Həsənovun Rövşən Lənkəranskinin qətlində iştirak edənlərdən biri olduğu ehtimal edilir. Belə ki, Lənkəranski qətlə yetirilən zaman Cabir Həsənov Türkiyədə olub. Bu fakt onun pasportla bağlı qeydiyyatı araşdırılarkən məlum olub.
Qeyd edək ki, Cabir Həsənov Azərbaycanda yaşayarkən bir neçə dəfə həbsdə olub. Onun kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) yaxın adamı olduğu deyilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək