XalqXəbər.Az

Bakının meri postuna yeni iddiaçı kimdir? - SURPRİZ NAMİZƏD

yüklənir...
Bakının meri postuna yeni iddiaçı kimdir? - SURPRİZ NAMİZƏD
28-04-2018, 12:25
yüklənir...

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna yaxın günlərdə təyinat olacaq. Özəl mənbələrdən azeuronews.com-a daxil olan məlumata görə, bu “Bakı Ağ şəhər” layihəsinin və “Bakond” şirkətinin baş direktoru Ruslan Sadıxovdur. Onun tərcümə halına keçmədən öncə xatırladaq ki, 21 apreldə prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi haqqında məlum sərəncamından sonra Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tutduğu vəzifədən azad edildi. Digər sərəncamla o, baş nazirin müavini təyin edildi. Hələ ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı postu boşdur. Hazırda müvəqqəti olaraq Bakı meriyasına Fidumə Hüseynova rəhbərlik edir. Məsələ burasındadır ki, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyində 3 vəzifə var – başçı və iki müavin. Amma hazırda başçı və bir müavin vəzifəsi boşdur. Olduqca mühüm olan bu posta iddialılar da az deyil. Ancaq hazırda iki nəfər var ki, mer olmaq uğrunda qızğın mübarizəyə qoşulublar. Onlardan biri yuxarıda qeyd etdiyimiz “Bakı Ağ şəhər” layihəsinin və “Bakond” şirkətinin baş direktoru Ruslan Sadıxov digəri isə, “Azər Gold” qapalı səhimdar cəmiyyətinin sədri Zakir İbrahimovdur.

Kimdir Zakir İbrahimov?

Zakir İbrahimovun qaynatası Kamran İmanov (əslən ermənistanlı) Müəllif Hüquqları İdarə Heyyətinin sədridir. Həmçinin o, vergilər Naziri Mikayıl Cabbarovun bacanağıdır. Z.İbrahimov eyni zamanda sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin xüsusilə, onun qardaşı Rafiq Əliyevin ailəvi dostu və kadrı kimi tanınır. Beləki o, 1998-2004- cü illərdə Rafiq Əliyevin rəhbərlik etdiyi “Azpetrol MMC” də müxtəlif vəzifələrdə işləyib, sonra isə “Strateji araşdırmalar və ictimaiyyətlə əlaqələr” departamentinin direktoru olub.
2005- 2009-cu illərdə Moldova Respublikasında Rafiq Əliyevə məxsus olan (bu gündə ona məxsus olan ) “Azpetrol SRL” və “EVR İTD” şirkətinin direktoru işləyib. Zakir İbrahimov bu gün də həmin şirkətdən öz faizini almaqda davam edir. Çünki, Rafiq Əliyevlə ailəvi münasibətləti davam etməkdədir. O, 2009-cu ildə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunub. Onun səs tellərində çox “ciddi problem” var. O, iki dəfə Almaniya Federatif Respublikasında əməliyyat olaraq “səs tellərini” dəyişib.

Eldar Mahmudovun qudası oğlu, Rövşən Cavadovun qohumu…

Bu iddiaçılardan ən yenisi və bu bu post üçün daha şanlı görünən isə, “Bakı Ağ şəhər” layihəsinin və “Bakond” şirkətinin baş direktoru Ruslan Sadıxovdur. R. Sadıxov Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini Rövşən Sadıxovun qardaşıdır. Rövşən Sadıxov keçmiş nazir Eldar Mahmudovun qudasıdır. Sadıxovlar əslən Laçın rayonundandırlar və keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) başçısı, mərhum Rövşən Cavadovun qohumu kimi tanınırlar.
Artıq Rövşən Sadıxovun prezident İlham Əliyevə təqdimatının olunduğu və yaxın günlərdə onun bu posta təyinatı ilə bağlı sərəncamın veriləcəyi gözlənilir.

Redaksiyadan: Mövzu ilə bağlı yazıda adı çəkilən şəxslərin də mövqeyini öyrənib dərc etməyə hazırıq…

azeuronews.com

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.