SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Gömrükdə yeni islahat dalğası: generalların "monopoliya erası" bitir

Gömrükdə yeni islahat dalğası: generalların "monopoliya erası" bitir

Tarix:

23-01-2018, 09:54

/ 1 844 dəfə oxundu.
Gömrükdə yeni islahat dalğası: generalların "monopoliya erası" bitir

Yaxın zamanda Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdiriləcəyi gözlənilir. Bəzi müstəqil iqtisadi ekspertlər də media və sosial şəbəkələrdə hökumətin aparacağı bu islahatın labüdlüyü barədə fikirlər bildirməkdədirlər. Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsi, demək olar ki, an məsələsidir.
Əldə etdiyimiz məlumata görə, Komitənin bəzi idarə rəisləri, şöbə müdirləri artıq şəxsi əşyalarını, bahalı kreslolarını kabinetlərindən aparıblar.
Verilən məlumata görə, Dövlət Gömrük Komitəsi ləğv edilərək bazasında Dövlət Gömrük Xidməti yaradılacaq. Yeni yaradılacaq Dövlət Gömrük Xidmətində ciddi ixtisarların aparılacağı gözlənilir. İlk ixtisarlar təbii ki, müavinlərin sayından başlayacaq.
Nəzərinizə çatdıraq ki, hazırda Gömrük Komitəsinin 5 müavin var. Komitədə müəyyən sahələri kurasiya edən müavinlərdən başqa sədrə birbaşa tabe olan yeddi idarə və müəssisə fəaliyyət göstərir. Ümumilikdə isə, Dövlət Gömrük Komitəsində 26 idarə, müəssisə, şöbə və xidmət sahələri mövcuddur. Bu qurumların bəzilərinin fəaliyyəti üst-üstə düşür. Bu isə o deməkdir ki, Gömrük Komitəsi kifayət qədər "şişirdilib”.
Yeni yaradaılacaq Dövlət Gömrük Xidmətində müavinlərin saylarının 5-dən 2-yə, idarə və müəssisələrin saylarının isə 26-dan 8-ə endiriləcəyi gözlənilir. Qlobal.az ləğv ediləcək idarə müəssisələrin adlarını da əldə edib. Bunlar Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi, Mühasibat və Uçot Şöbəsi, Gömrük Risklərinin Təhlili və Audit İdarəsi, Əsaslı Tikinti və Maddi-Texniki Təchizat İdarəsi, Tibbi Xidmət İdarəsi, Baş Gömrük Mühafizə Xidməti, Analitik Şöbə, Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi, İdman-Sağlamlıq Mərkəzi, Məxfi Şöbə, Avtomobil Nəqliyyat İdarəsi, İşlər İdarəsi, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi, İstintaq İdarəsi, Mətbuat Xidməti, Katiblik, Xarici Əlaqələr İdarəsi və Hüquqi Təminat Şöbəsidir. Ləğv ediləcək idarə və müəssisələrin xidməti işçiləri isə Vergilər Nazirliyinin müvafiq təşkilatlarına köçürələcək.
Dövlət Gömrük Komitəsində aparılacaq ciddi islahatlardan hazırkı sədr Aydın Əliyevin də xəbəri var. Aydın Əliyev Komitənin ləğv ediləcəyi barədə yayılan informasiyalara da münasibət bildirib. Belə ki, yanvar ayının 19-da "APA-Economics”ə açıqlama verən Komitə sədri bəzi ölkələrdə Gömrük Komitəsinin Vergilər Nazirliyinin tərkibində, bəzi Avropa ölkələrində isə Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərdiyini deyib. Daha sonra Aydın Əliyev Gömrük işçilərinin xalqın və hökumətin əsgəri olduğunu, harada deyilsə, orada da fəaliyyət göstərəcəklərini qeyd edib.
Verilən məlumata görə, Komitə Sədrinin mətbuata belə arxayın açıqlama verməsinin səbəbi onun yeni yaradılacaq Gömrük Xidmətinə sədr təyin olunacağı barədə məlumatlı olmasıdır.
Bir daha qeyd edək ki, yeni yaradılacaq Dövlət Gömrük Xidmətində müavinlərin saylarının 5-dən 2-yə, idarə və müəssisələrin saylarının isə 26-da 8-ə endiriləcəyi gözlənilir. İxtisara düşəcək müavinlərin içərində ilk olaraq adı indiyədək bir çox korrupsiya və monopoliyada hallandırılan Səfər Mehdiyev gəlir.
Səfər Mehdiyevlə bağlı artıq dəfələrlə ölkə başçısına da şikayətlərin edildiyi iddia olunur. Ona görə də ölkə başçısının onunla bağlı istənilən halda müsbət qərar verəcəyi inandırıcı görünmür.
Qeyd edək ki, Azərbaycana gətirilən ət məhsullarının monopoliyasına Səfər Mehdiyevin yaxın qohumlarının baxdığı deyilir. Bu haqda ölkə mediasında da xeyli yazılıb. Məlumatlara görə, məhz bu səbəbdən Səfər Mehdiyevin birinci müavin postu və eləcə də kurasiyasındakı 5 idarə və şöbə ləğv olunacaq.

qlobal.az

Şərhlər

XƏBƏR LENTİ