Gömrük Komitəsi ləğv olunmasa da... - TƏKLİF
Dünən Dövlət Gömrük Komitəsinin ləğv edilərək Vergilər Nazirliyinə birləşdirilmə ehtimalı barədə məlumat yaymışdıq. Qeyd edək ki, hökumətin belə bir təşəbbüsə baş vurması razılıqla qarşılanır, xüsusən də bu gün gömrükdən işi keçən sahibkarlar tərəfindən təqdir olunur.
Bununla bağlı DİA.AZ-a yazan və adının çəkilməsini istəməyən sahibkarlardan biri qeyd edir:
"DGK-nin ləğv edilərək daha sağlam əllərə verilməsi ən doğru addım olardı. Biz ticarətlə məşğuluq və belə ənənələrin bir çox xarici ölkələrdə olduğunu yaxşı bilirik. Eyni zamanda onu da deyə bilərik ki, belə olan təqdirqə gömrük işinin təşkili xeyli dərəcədə sadələşdirilmiş olacaq.
Bu gün Vergilər Nazirliyində fəaliyyətsiz durumda olan gömrük şöbəsi də səlində zəmin yaradır ki, DGK-nın bütün səlahiyyətləri VN-yə həvayə edilsin".
Dia.az-a danışan sahibkar onu da bildirir ki, əgər DGK ləğv olunmursa, o zaman bu qurumda sözün əsl mənasında islahat aparılmalıdır: "Bir çox lüzumsuz idarələr ləğv olunmalı, köhnə heyət - Səfər Mehdiyev başda olmaqla işdən kənarlaşdırılmalıdır. Bundan sonra DGK-nın həqiqətən də DÖVLƏTİN QAPISI olaraq üzümüzü ağardacağını iddia edə bilərik".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır