XalqXəbər.Az

2018-ci il dövlət büdcəsi layihəsi ölkənin iqtisadi vəziyyəti nəzərə alınmaqla tərtib olunub - Oqtay Əsədov

yüklənir...
2018-ci il dövlət büdcəsi layihəsi ölkənin iqtisadi vəziyyəti nəzərə alınmaqla tərtib olunub - Oqtay Əsədov
21-11-2017, 12:47
yüklənir...

Prezident İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti dünyada yaranan iqtisadi bohranın ölkəmizə mənfi təsirinin qarşısını almağa imkan verib.

Bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentdə 2018-ni ilin dövlət büdcəsinin müzakirəsi zaman deyib.

O.Əsədov bildirib ki, bu gün Milli Məclisdə müzakirə olunan büdcə zərfi ölkə iqtisadiyyatında müsbət dinamik dəyişiklikləri əks etdirir.

Spiker bildirib ki, büdcə gəlirlərində qeyri-neft sektorunun payı 50 faizə çatıb və bu qeyri-neft sektorunun inkişafının göstəricisidir.

O.Əsədov vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, biznes mühitinin yaxşılaşdırılması ölkənin iqtisadi rəqabətlilik qabiliyyətini artırıb və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyi yaxşılaşıb.

Spiker deyib ki, 2018-ci il üçün dövlət bücəsi layihəsi ölkənin iqtisadi vəziyyətini və müasir çağırışları nəzərə almaqla tərtib olunub: “Büdcəmiz ölkənin müdafiə qabiliyyətini artırmağa imkan verir və hər il olduğu kimi bu il də dövlət büdcəsi sosial yönümlüdür”.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.