“İlin ilk rübü ölkəmizə 3,5 milyard dollar sərmayə qoyulub”
“İlin birinci rübündə də Azərbaycan iqtisadiyyatı artıb. Qeyri-neft sektorunda, sənaye istehsalında və kənd təsərrüfatında ciddi artım əldə olunub. Ölkəmizə 3,5 milyard dollar sərmayə qoyulub. İlin birinci rübündə 34 min yeni iş yeri yaradılıb”.
“Bu barədə prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı 2018-ci ilin birinci rübünün də uğurlu olduğunu qeyd edərək, ilin sonuna qədər müsbət dinamikanın saxlanılacağına əminliyini bildirib.
Prezident çıxışında qeyd edib ki, Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hüquqi baza yaradılıb: “Avropa İttifaqının Şərq Tərəfdaşlığı konfransında qəbul edilən qətnamə də ədalətlidir, beynəlxalq hüquqi əks etdirir”.
Yekun çıxışında İlham Əliyev 2018-ci ildə də islahatların davam edəcəyini vurğulayıb. Ölkədə biznes və sahibkarlıq mühitinin yaxşılaşdırılması, kənd təsərrüfatı və qeyri neft sektorunun daha da inkişaf etdirilməsi və digər məsələlərin gündəlikdə durduğunu bildirib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...