XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Artur Rasizadənin hesabat çıxışı başladı - “Onun cinayətkar fəaliyyəti... ”-YENİLƏNİB

Artur Rasizadənin hesabat çıxışı başladı - “Onun cinayətkar fəaliyyəti... ”-YENİLƏNİB

Artur Rasizadənin hesabat çıxışı başladı - “Onun cinayətkar fəaliyyəti... ”-YENİLƏNİB
17-03-2017, 12:47

Bu gün Milli Məclisdə baş nazir Artur Rasizadə hesabat verir.

Spiker Oqtay Əsədov vurğulayıb ki, hər il yaz sessiyasının beşinci iclasında hökumət Mili Məclisin qarşısında hesabat verir: “Ötən il dünya iqtisadiyyatında qeyri- müəyyən vəziyyət davam edib. Azərbaycan prezidenti cənab İlham Əliyevin gördüyü işlər nəticəsində bu bizim iqtisadiyyatdan yan keçib. Ölkənin ÜDM-i artıb. Ölkəmiz investisiya qoyuluşları üçün cəlbediciliyini qoruyub saxlayıb. İnvestisiya layihələrinin həyata keçirilməsinə 15 milyard manat vəsait sərf edilib. Ötən il hesabatı zamanı millət vəkilləri tərəfindən təqdim edilən 50-yə yaxın təkliflər hökumət tərəfindən nəzərə alınıb”.

***

Baş nazir Artur Rasizadə çıxışında vurğulayıb ki, hesabat ilində ölkənin qazlaşdırılması 90 faizə çatıb: “ÜDM 3 dəfə artıb. Qeyri-neft ixracı 3, 3 dəfə, orta aylıq əməkhaqqı 6,5 dəfə, qeyri-neft sektoru 5,6 dəfə artıb. Maliyyə-bank sektorundan baş verən proseslər tədiyyə balansında böyük kəsr yaradıb. Bir sıra bankların yaxşı işləməməsi, Beynəlxalq Bankın başçısının cinayətkar fəaliyyəti bank sektoruna ziyan vurub. Bunu nəzərə alan ölkə başçısı ölkənin bank sektorundakı vəziyyəti araşdırmaq üçün yeni bir qurumun, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasına qərar verib və bank sektorundakı vəziyyət araşdırılıb. Nəticədə ölkənin iqtisadi durumu sabitləşib.

Bundan əlavə, qeyri-neft sənayesində istehsal 5 faiz artıb. 400-dən artıq sənaye müəssisəsi açılıb. Kənd təsərrüfatında mövcud istehsal 2,6 dəfə artıb”.

***
Baş nazir çıxışının sonunda qeyd edib ki, ölkə başçısı hökumətin iclasında 2016- ci ili dərin iqtisadi islahatlar ili kimi qiymətləndirib və qarşıda duran tədbirlərin icrası ilə bağlı tapşırıqlarını verib: “Əminəm ki, Azərbaycan hökuməti qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə nail olacaq”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.