yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Ölkəni qarışdıran nazir, general və komitə sədrinin “qələmi qırılır”

Ölkəni qarışdıran nazir, general və komitə sədrinin “qələmi qırılır”
7-08-2017, 09:49 56 521 dəfə baxılıb

Ötən həftənin gündəmdən düşməyən hadisəsi Baş nazirin müavini Əli Həsənovun nəvəsi ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovun “maşın şou”suydu...
İki nəfərin ölümü, iki nəfərin ağır yaralanması ilə nəticələnən ağır qəza və “Qalendvagen terroru” bir çox qaranlıqlara işıq saldı.
Bu olay məmur balalarının qudurğanlığı, harınlığından irəli gələrək vəzifəli şəxslərin postlarını itirmək təhlükəsinə səbəb olub.
Prezident əvvəldən bəyan etmişdi ki, quruğanlıq edən məmur balası cəzalanacaq, həbs ediləcək, atası işdən atılacaq.
General Novruzəli Orucovun nümunəsi isə dərs olmadı və getdikcə tendensiya halını alan məmur balalarının özbaşınalığı ilə bağlı ciddi ölçülər götürülməyə başlanıb.
Saytımıza sızan məlumata görə, prezident İlham Əliyevin nəzarətə götürdüyü bu hadisə üç iri fiqurun postunu möhkəm laxladıb.
Belə ki, Nail Allahverdiyevin törətdiyi qəza babası olan “Qaçqınkom” sədri Əli Həsənov, qayınatası - Dövlət Sərhəd Xidməti rəisi, general Elçin Quliyev və FHN rəhbərinin mövqelərini zəiflədib.
İndi bütün nəzərlər ölkə başçısına dikilib və prezidentin hansı qərarlar verəcəyi gözlənilir.
Bu arada məlum olub ki, Ə.Həsənovun nəvəsi N.Allahverdiyevin “Qalendvagen”i ilə ötüşən “Mazda”nın sürücüsü K.Heydərovun qardaşı S.Heydərovun bacanağının övladıdır.
Report.az yazıb ki, 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılov Nərimanov Rayon Məhkəməsinə aparılıb. M.İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib.
“Maqa” ləqəbi ilə tanınan M.İsmayılov Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur.
M.İsmayılovun qardaşının Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində çalışdığı bildirilir.
İki gənc məmur balasının qudurğan hərəkəti, ölümlə nəticələnən “yol terroru” heç də onların həbsi ilə kifayətlənməyəcək.
İstisna edilmir ki, Ə.Həsənov, K.Heydərov və E.Quliyevlə bağlı prezidentin hansısa qərarı olacaq.
Hətta onlar vəzifəsindən azad edilməsələr də, ciddi töhmət alacaqları şübhə doğurmur. Çünki bu üç məmurun yaxın ətrafında harınlamış gənclər bütün ölkəni qarışdırıb.
Hazırda ictimaiyyət, mətbuat, sadə insanlar məmur övladlarının qudurğan hərəkətlərindən danışır.
Prezident məmurları sadə olmağa, övladlarını təvazökar aparmağa çağırır, “Naz lifan” sürməyə dəvət edir. Amma onların uşaqları milyonluq avtomobillərlə şəhərin küçələrində şütüyürlər.
Nəticədə zərbə həmin vəzifəli şəxslərə dəyir. İndi nazir, komitə sədri və generalın başı üzərində qara buludlar dolaşır.
Cəmiyyətin gözləntisi E.Quliyevin kürəkəni, Ə.Həsənovun nəvəsi olan Nailin cinayəti, K.Heydərovun qardaşının bacanağı oğlunun həbsi ilə bağlı adıçəkilən vəzifəli şəxslərə hansı cəza veriləcəyidir.
Əli Həsənov faciəyə səbəb olan qəza barəsində danışmaq istəmədiyini deyib: “Mən heç nə danışmaq istəmirəm. Mənim adımın mediada gündəmə gətirilməsinə gəlincə, hüquqi ölkədə məsuliyyət fərdidir. Çox istərdim ki, media nümayəndələri də bunu başa düşsün. Başqa deyəcəyim bir şey yoxdur”.
Görəsən, məsuliyyətin fərdi olduğunu deyən komitə rəhbərinin nəvəsi kasıb övladı olsaydı belə qudurğanlıq edərdimi? Ona bu tərbiyəni kim verib? Hansı pulla o maşını alıb? Təbii ki, suallar çoxdur, cavablar isə yoxdur və Ə.Həsənov susur...
Gələn son xəbərlərə görə, artıq yuxarı dairələrdə ciddi müzakirələr gedir. Məmur balalarının qudurğan hərəkətlərinin davamının gələcəyi barədə fikirlər səslənir və lazımi tədbirlər görülməsi üçün sərt cəzalar verilməsi təklif olunur.
Prezidentin nəzarətində olan bu məsələ ilə bağlı Ə.Həsənov, K.Heydərov və E.Quliyevin barəsində hansı qərarlar veriləcəyi maraqla gözlənilir.

Ulus.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: qelemi, qirilir, Olkeni, qarishdiran, nazir, ve, sedrinin, general, komite
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ