yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Adalar xəritədən silinir: 37 min insanın həyatı təhlükədədir

Adalar xəritədən silinir: 37 min insanın həyatı təhlükədədir
7-09-2017, 14:26 108 328 dəfə baxılıb

Cənubi Amerikada əhali təşviş içərisindədir.

Xarici KİV-ə istinadən xəbər veririk ki, saatda 300 kilometr sürətlə irəliləyən İrma qasırğası Barbuda adası və Müqəddəs Martin adalarını xəritədən demək olar ki, silib. Sözügedən adalarda binaların 95 faizi dağılıb. Fəlakət nəticəsində 7 nəfər ölüb. Dağılan binalar arasında bölgənin 3-cü ən böyük hava limanı da var.

Dəhşətli qasırğa Puerto-Rikoya çatıb. Qaranlığa qərq olan ada ilə əlaqə tamamilə kəsilib. İrmanın 1928-ci ildən bəri adada görülən ən böyük qasırğa olduğu qeyd edilib.

Fəlakətdən sonra meydana gələn Joze fırtınasının da qasırğaya çevrildiyi və iki qasırğanın eyni anda Cənubi Amerikaya doğru irəlilədiyi bildirilib. Meksika körfəzində isə Katia qasırğası hökm sürür.

Atlantik okeanında illər sonra ilk dəfədir ki, 3 qasırğa eyni zamanda görülüb. Ölü sayının yaxın günlərdə daha da artacağı ehtimal edilir.

BMT 37 min insanın həyatının təhlükədə olduğunu açıqlayıb. İrmanın Puerto-Rikodan sonrakı növbəti hədəfi Dominikan Respublikasıdır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: heyati, 37, silinir, xeriteden, tehlukededir, Adalar, min, insanin
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ