XalqXəbər.Az

Gözəl dodaqlara sahib olmaq üçün 5 sirr

yüklənir...
Gözəl dodaqlara sahib olmaq üçün 5 sirr
19-01-2017, 23:07
yüklənir...

Makiyaj edərkən sıra dodaqlara gəldiyində bir az dayanırıq. Doğuşdan dolğun dodaqlara sahib deyiliksə, dodaqlarımızı ötürürük. Halbuki hər qadının arzusu olan o dodaqları plastik əməliyyat olmadan da qazana bilərik. Sizlərə, bir neçə kiçik sirr veririk.

Hər qadın təbii görünüşlü dolğun dodaqlara sahib olmaq istər. Dolğun dodaqlara sahib olmaq cərrahı üsullarla mümkün olsa da, hər vaxt yaxşı nəticələr doğurmağa bilər. Dodaqlarınızı təbii yollarla dolğun bir görünüşə qovuşdurmaq isə qeyri-mümkün deyil.

Dolğun dodaqlara sahib olmaq üçün bu ipuclarına nəzər salmağa nə deyərsiniz?

- Dodaqlarınızda dolğun bir görünüş əldə etmək üçün quru bir diş fırçası ilə yüngülcə sürtərək fırçalaayın. Fırçalamaq yalnız ölü dəri hüceyrələrini yox etməklə qalmaz, qan axışını tənzimlədiyi üçün dolğun və hamar dodaqlara sahib olmanızı təmin edər.

- Dodaq qələmi dodaqlarınızı ön plana çıxartmaq və dolğunlaşdırmaq üçün ən təsirli makiyaj üsullarından biridir. Dodaq rənginizə uyğun bir rəng ilə dodaq ətrafınıza asanlıqla tətbiq edə bilər, ardından parladıcınızı istifadə edə bilərsiniz.

- Təbii görünüşlü dolğun dodaqlar üçün yağ esanslarını da seçim edə bilərsiniz. Xüsusilə nanə yağı dodaqlarınızı şişirərkən çəhrayı və dolğun görünməsini təmin edər.

- Tünd rəng pomadalar dodaqlarınızı hər vaxt olduğundan daha incə göstərər. Buna görə daha açıq tonlarda, dodaq rənginizin bir və ya iki ton tündündən pomadaları seçməniz, dodaqlarınızı daha dolğun göstərəcək.

- Mat rəngli pomadalar istifadə etmək istəsəniz, dodaqlarınızı dolğun görünməsinə köməkçi olacaq tarçın pomadaları seçin.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.