SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əli Həsənovla üç məmurun limit oyunu: köçkünlər çaşqınlıq içində

Əli Həsənovla üç məmurun limit oyunu: köçkünlər çaşqınlıq içində

Tarix:

16-01-2017, 20:03

/ 2 439 dəfə oxundu.
Əli Həsənovla üç məmurun limit oyunu: köçkünlər çaşqınlıq içində

Ölkənin dörd nəhəng qurumu məcburi köçkünləri çaşqın vəziyyətə salıb. Bir neçə gündür ki, mətbuatın diqqət mərkəzində olan qaçqınların güzəştlərinin ləğvi barədə müəmmalı vəziyyət hələ də davam edir.

Xəbərə görə, məcburi köçkünlərin kommunal xidmətləri üzrə tətbiq edilən xüsusi limitin ləğv edilməsi ilə bağlı xəbərlər yayılıb.

Məcburi köçkünlər üçün tətbiq edilən elektrik, qaz və su güzəşt limiti ləğv olunub. Bundan sonra həmin limitlərin pul ekvalenti şəklində köçkünlərə ödəniləcəyi bildirilir.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov redaksiyamıza və bu xəbəri yayan gununsesi.info-ya bildirib ki, yayılan məlumatlar doğru deyil. Onun sözlərinə görə, komitə sədri Əli Həsənov bununla bağlı hər hansı bir qərara imza atmayıb.

Bununla belə, müəmmalı vəziyyət hökm sürür. “Qaçqınkom”un mövqeyi ilə kommunal xidmətlər üzrə strukturların tələbləri üst-üstə düşmür.

Belə ki, “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İstehsalat Birliyinin yerli şöbələri köçkünlərdən kommunal ödənişləri tələb edir.

Redaksiyamıza gələn bilgilərə görə, “Qaçqınkom”un dediyi ilə sözügedən üç dövlət qurumunun tələbi uyğun gəlmir.

Bildirilir ki, qaçqınlardan 10 manat limit əvəzi ödəniş tələb olunur. Ə.Həsənovun bu barədə qərar imzalamadığı halda “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İstehsalat Birliyinin qanunsuz tələblər irəli sürməsinin səbəbi izah olunmur.

Bu qurumların heç biri köçkünlərə açıqlama vermir ki, hansı əsasla 10 manat ödəniş olunmalıdır. Bu da öz növbəsində hər məcburi köçkün ailəsinin ayda 30 manat kommunal xidmət haqqı verməsi deməkdir.

Xəbərə görə, bir müddət əvvəl də bu xəbərlər yayılmışdı. Lakin gerçəkləşmədi və görünür ki, ictimai təpkiyə görə geri çəkildilər.

Amma yeni ildən etibarən limitlər ləğv edilib və qaçqınlar çaşqın vəziyyətdədir. Onlar konkret olaraq rəsmi açıqlama verilməsini gözləyir. Çünki ölkədə iqtisadi durumun ağır vaxtında köçkünlər dövlətdən narazı salınır.

Qanunla iş yerindən ixtisar olunacaq ən sonuncu şəxs köçkün olmalıdır, limitlər qüvvədə saxlanmalıdır, çörək pulu kəsilməməli, qaçqın uşaqlarına təhsil ödənişsiz olmalıdır və s ilaxır...

Politika.Az xatırladır ki, indiyədək məcburi köçkünlər kommunal xərclərdən müəyyən limit daxilində azad idilər. Yaxın vaxtlarda isə həmin xərclərin pulu köçkünlərin özünə veriləcək.

Məcburi köçkünlər işlətdikləri kommunal xidmətin haqqını özləri ödəyəcəklər. Kommunal xidmət xərclərinin məcburi köçkünlər tərəfindən ödənişini təmin etmək məqsədilə həmin vəsait yemək xərci üçün müavinətlə bağlı plastik karta əlavə edilməklə, nağd şəkildə məcburi köçkünlərin özlərinə verilməsi nəzərdə tutulur.

Bunun icrasına isə 2017-ci ilin yanvarında başlanılacaq. Məcburi köçkünlərə adambaşına ayda 150 kVt.saat elektrik enerjisindən pulsuz istifadə limiti ayrılıb:

Məcburi köçkünlər yay aylarında 100 kVt. saat, qış aylarında isə 200 kVt .saat elektrik enerjisi sərf edirlər. Orta hesabla bu,150 kVt.saat edir.

Bundan başqa, adambaşına köçkünlərə bir ay üçün 35 kubmetr təbii qaz hesablanıb. Dörd ay qış müddətində təbii qazdan istifadə 45 kub, mart, aprel, may və oktyabr ayları üçün 35 kub, yerdə qalan 4 ay üçün isə orta sərfiyyat 25 kubdan hesablanır.

Məcburi köçkünlər üçün adambaşına su istehlakı limiti aylıq 5 kubdur. Bu limitin məbləği 2017-ci ilin yanvar ayından məcburi köçkünlərin öz kartına vurulacaq.

Hələ bilinmir ki, məcburi köçkünlər bu limitdən az işlətdikdə karta vurulan məbləğ kimin hesabında qalacaq. Bu mexanizm hələ tam aydın deyil. Bütün hallarda Baba Rzayev, Qorxmaz Hüseynov, Əkbər Hacıyev və Əli Həsənov baş verənlərlə bağlı izahat verməlidir.

Şərhlər

XƏBƏR LENTİ