SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ədalət Muradovun şübhəli professor diplomundanı təhsil nazirinə məktub göndərildi

Ədalət Muradovun şübhəli professor diplomundanı təhsil nazirinə məktub göndərildi

Tarix:

12-07-2018, 22:39

/ 1 552 dəfə oxundu.
Ədalət Muradovun şübhəli professor diplomundanı təhsil nazirinə məktub göndərildi

Nazir Ceyhun Bayramovun məsələnin araşdırılması və tədbir görülməsinə tapşırıq verməsi vacibdir…
Xəbər verdiyimiz kimi, «Təzadlar» ADİU rektoru Ədalət Muradovun qanunsuz əldə etdiyi professor diplomu ilə bağlı toplanmış sənədləri və maddi sübutları, eləcə də 1 saylı Bakı İnzibati İqtisadi Məhkəmənin qərarını tədbir görülməsi üçün Baş Prokurora göndərib. Belə ki, redaksiya daxil olmuş məlumat və şikayət əsasında aparılmış jurnalist araşdırması nəticəsində Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Cəlal oğlu Muradovun professor diplomunun qanusuz əsaslarla əldə etməsi müəyyən edilmişdir. «KİV haqqında» Azərb. Resp. Qanunun tələblərinə uyğun olaraq qarşı tərəfin mövqeyini öyrənmək və məsələyə aydınlıq gətirilməsi üçün rektor Ədalət Muradova hələ bir il əvvəl rəsmi sorğu göndərilmişdir. Lakin rektorun sorğuya cavab verməməsi səbəbindən redaksiya ona həmin rəsmi sənədi vermiş Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına rəsmi sorğu göndərmişdir. AAK rəhbərliyi də sorğuya cavab verməkdə «çətinlik çəkdiyindən» redaksiya bu dəfə AAK-ı məhkəməyə vermişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 31 may 2018-ci il tarixdə qərar qəbul edərək sorğunun cavablandırması tələbimizi təmin etməsə də (apellyasiya şikayəti veriləcək), qərarın nəticə hissəsində AAK rəhbərliyinin KİV sorğusunu cavablandırmaması ciddi qanun pozuntusu hesab edilmiş, həmçinin ADİU rektoru Ədalət Muradovun professor diplomu ilə bağlı rəsmi məlumatların AAK-ın rəsmi saytında yerləşdirildiyini nəzərə alaraq həmin məlumatların sorğuya cavab verilməsi kimi qəbul etməyimiz tövsiyyə edilmişdir.
***
Beləliklə, redaksiya ADİU rektoru Ədalət Muradovun professor diplomu ilə bağlı toplanmış sənəd və digər maddi-prosessual sübutları araşdırılması və fakt üzrə cinayət işi başlanılması üçün Baş Prokurorluğa göndərmişdir. Bununla bağlı redaksiya rəhbərliyi Baş Prokuror Zakir Qaralova müraciət ünvanlamışdır.
Bununla belə, qeyd olunan material həm də təhsil naziri Ceyhun Bayramova göndərilmişdir. Nazirdən təqdim edilən sənədlərin ekspertlər tərəfindən araşdırılması, rektor Ədalət Muradovun professor diplomunu hansı şəraitdə və nə məqsədlə qanunsuz əsaslarla almasına aydınlıq gətirilməsi xahiş olunur.

«Təzadlar»

Şərhlər

XƏBƏR LENTİ