yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Sahil Babayev ilk böyük səhvini etdi: Müslümovun xidmətçisinin oğlu iş başında

Sahil Babayev ilk böyük səhvini etdi: Müslümovun xidmətçisinin oğlu iş başında
19-05-2018, 10:18 1 070 dəfə baxılıb

Səlim Müslümovun işdən azad edilməsilə ümidlənən və gənc nazir Sahil Babayevdən müsbət gözləntiləri olan aztəminatlı insanlar artıq məyus olmağa başlayıblar. AzEuroNews.com xəbər verir ki, Səbəb Babayevin atdığı ilk addımlardır. Yeni nazir, nazirlikdə kök salmış Səlim-Əjdər cütlüyünün nazirlik strukturlarına yerləşdirdiyi maxinasiya ustalalarını tamamilə təmizləmək əvəzinə yalnız birini azad edib. Onun yerinə daha peşəkarını gətirməkdədir. Bir neçə gün bundan əvvəl Bakının Sabunçu rayonunda olan kadr dəyişikliyi buna misaldır. Pensiya fondunun rayon şöbəsinin müdiri Əlbarat Poladovu işdən azd edərək yerinə həmin şöbənin pensiya təyinatı sektorunun müdiri Firdovsi Əliyevi təyin etməsi yeni nazirin ilk və böyük səhvi sayıla bilər. Bəli Əlbarat Poladov Əjdər Cəbiyevin qohumu idi. Əjdər Cəbiyevin nazirliyin bütün strukturlarında çox böyük korrupsiya və rüşvətxorluğa zəmin yaratdığı məlumdur. Onun sistemə yerləşdirdiyi kadrların da bu əməllərdə iştirakı danılmazdır. Bu baxımdan Poladovun işdən azd olunması təqdir olunmalıdır.

► Amma onun yerinə təyin edilən F.Əliyev kimdir? Hörmətli nazir bununla maraqlanıbmı?

Görünür maraqlanmayıb. Maraqlansa bilərdi ki, həmin şəxs əvvəllər Xətai şöbəsində işləmiş, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin məlum əməliyyatından sonra Sabunçu şöbəsinə keçirilib, pensiya məsələləri üzrə mahir maxinator, eyni zamanda məhşur Pirhəsənli kəndinin sakini və Səlim Müslümovun ev xidmətçisinin oğludur. Yəni Səlim Müslümovun himayəsində olan bir şəxsdir. Belə çıxır ki, ya bu adamın yeni “dayısı” meydana çıxıb və yeni nazirə F.Əliyevi mələk kimi təqdim edib. Ya da yeni nazirin kadr siyasəti sələfinin də olduğu kimi sadəcə imitasiyadır.

AzEuroNews.com


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ