SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əli Həsənovun müavin qohumuna təhlükə yaranıb - GƏLİŞMƏ

Əli Həsənovun müavin qohumuna təhlükə yaranıb - GƏLİŞMƏ

Tarix:

1-05-2018, 09:33

/ 1 730 dəfə oxundu.
Əli Həsənovun müavin qohumuna təhlükə yaranıb - GƏLİŞMƏ

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni sədri Rövşən Rzayev komitə kadr dəyişikliklərinə başlayıb.
Hazırda Baş nazirin müavini olan sabiq komitə sədri Əli Həsənovun dövründən sədrin köməkçisi işləyən Əkbər Əkbərov, qurumun Mənzil istismar departametinin direktoru Akif Mirzəyev, Repatriasiya departamentinin direktoru Elman İsmayılov və daha bir neçə nəfər vəzifələrindən azad ediblər.
"Report” saytının yaydığı məlumata görə, Əkbər Əkbərov komitənin sabiq sədri Əli Həsənovun baldızının oğlu, Akif Mirzəyev isə yaxın qohumdur. Elman İsmayıovun da kənar adam olmadığı deyilir.
Mia.az-ın komitədən əldə etdiyi məlumata görə, yeni komitə sədir şöbə müdirləri statusunda olan rəhbər heyət bütövlükdə dəyişmək istəyir. Məlumatda bildirilir ki, Rövşən Rzayev Əli Həsənovun dövründən komitədə müavin vəzifəsində çalışanlarla da yollarını ayırmaq niyyətindədir. Əsasən də Əli Həsənovun daha bir qohumu, komitə sədrinin müavini Gəray Fərhadovun vəzifəsindən daha tez uzaqlaşdırılmasına çalışır. O, Gəray Fərhadov ki, bu gün azad edilənlərdən iki nəfəri - Elman İsmayılovla Akif Mirzəyevin onun "çətiri" altında fəaliyyət göstərdiyi haqda mətbuatda da çox yazılıb.
Qeyd edilir ki, Ə. Həsənovun dövründən qaçqın və məcburi köçkünlər üçün çoxsaylı bina və fərdi evlərin tikintisini inhisarında saxlayan Gəray Fərhadov və ona bağlı olan qohumlarından ibarət qrup mənzillərin məcburi köçkünlərə paylanmasında da şəxsi "maraqları”nı güdüblər.
Bu barədə "Reytinq” qəzetinin son sayında verilən məlumatda bildirilir ki, Gəray Fərhadov komitə sədrinin müavini kimi, tender, tikinti, mənzil paylanması, hətta mal-material alınması və kadr siyasətinə qədər əsas sahələri əlində cəmləyibmiş. Bütün bu "əməliyyatlar”da isə Gəray Fərhadovun ən yaxın ortağı rolunda komitənin departament rəhbəri Elman İsmayılovla Akif Mirzəyev olub. Hansı ki, Əli Həsənovun dövründə bu qohumları haqqında mətbuatda çox yazılırdı. Lakin görünən odur ki, Əli Həsənov zamanında qaldırılan məsələləri, edilən şikayətləri nəinki araşdırıb, əksinə, yaxın qohumu Gəray Fərhadovun "əl-qolu”nun daha da uzanmasına şərait yaradıb. Təsadüfi deyil ki, məhz Gəray Fərhadov geniş səlahiyyətlərindən istifadə edərək, əksər qohumlarını da komitəyə toplayaraq, bütün qanuni və ya qeyri-leqal maliyyə trafikini şəxsi nəzarətinə götürüb. İndi də bu gəlirdən imtina edib, onları yeni komitə sədrinin sərəncamına buraxmaq niyyətində deyil. İddia olunur ki, Gəray Fərhadov Komitədə mövqelərini yenidən möhkəmlətmək üçün müxtəlif fəndlərə əl atır. Hətta rəy yaratmaq istəyir ki, bu vəzifədən gedərsə, məcburi köçkünləri idarə eləmək çətin olar, guya məcburi köçkün rayonlarında narazılıqlar baş verər. Bəzi şəxslər isə, bunu yeni sədrə qarşı təhdid qiymətləndirir.

İddiaya görə, böyük kapital sahibinə çevrilmiş G. Fərhadovun yeni sədr R. Rzayevi ram edəcəyi ağlabatan görünmür.

Mənbəmiz deyib ki, Gəray Fərhadov Əli Həsənova güvənib Komitədə əvvəlki kimi hegemonluq edə bilməyəcək:

“Birincisi, Əli Həsənovun mövqeyi əvvəlki kimi güclü deyil.

İkincisi və ən əsası, Rövşən Rzayev nə təhdidə boyun əyəcək, nə də bunların təsiri altında "anlaşma”ya gedəcək. Çünki onun daha nüfuzlu, daha güclü fiqura bağlı olduğunu çoxları bilir. Məncə, yaxın müddətdə Gray Fərhadov da yola salına bilər".

Şərhlər

XƏBƏR LENTİ