Rövşən Rzayev aparat rəhbərini niyə dəyişib? – Təfərrüat
Ötən həftə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin imzaladığı əmr həm qurum daxilində, həm də “yuxarılar” tərəfindən böyük təəccüblə qarşılanıb.
Qeyd edək ki, ötən həftə Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparatının rəhbəri Etibar Abdullayevi işdən çıxarıb onun yerinə Eldar Zeynalov adlı birisini təyin edib. Etibar Abdullayevə isə qurumun Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdir müavini və sektor müdiri vəzifəsinə keçirilib.
Xatırladaq ki, Komitə sədri Etibar Abdullayevi Aparat rəhbəri vəzifəsinə özü Komitə sədri təyin ediləndən az sonra gətimişdi. PİA.az-ın bir neçə mənbədən aldığı məlumata görə, əslində Etibar Abdullayev Rövşən Rzayevin iradəsinə zidd olaraq Komitəyə Aparat rəhbəri təyin edilibmiş.
Qeyd edək ki, Etibar Abdullayev mərhum professor Murtuz Ələsgərovun MM sədri olduğu illərdə parlament İşlər İdarəsinin müdir müavini vəzifəsində çalışıb.
Mənbə bildirib ki, Etibar Abdullayevin onun iradəsindən kənrda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri olması Komitə içində Rövşən Rzayevin nüfuzuna ziyan gətirirdi və gələcəkdə Komitədə ikitirəliyin yaranmasına səbəb ola bilərdi. Rövşən Rzayevin Etibar Abdullayevi aparat rəhbəri vəzifəsindən uzaqlaşdırıb onun yerinə özünə yaxın kadr təyin etməsinin əsas səbəbi də budur.
Yazıda adı keçən vəzifəli şəxslərin mövqeyini dərc eləməyə hazırıq.
MilliYol.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?