yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

İcra başçısı Əhməd Əhmədzadəyə müavin gəlir? - İDDİA

İcra başçısı Əhməd Əhmədzadəyə müavin gəlir? - İDDİA
9-02-2018, 17:24 523 dəfə baxılıb

Qax rayon icra hakimiyyətini başçısı Musa Şəkiliyevin yaxın günlərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində mühüm vəzifəyə təyinat alacağı barədə məlumat yayılıb.

Məlumata görə M. Şəkiliyev Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-də sədrin müavini vəzifəsini tutacaq. M.Şəkiliyevin ASC-də suvarma sistemlərini və təchizat sahəsini kurasiya edəcəyi vurğulanır.

Qeyd edək ki, Musa Şəkiliyev bundan əvvəl də təsərrüfat xarakterli sahələrdə çalışıb. Belə ki, Musa Şəkiliyev əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası kimi başlamışdır. O, 1981-1986-cı illərdə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası və meşəbəyi, 1986-1987-ci illərdə Qax Rayon XDS İcrayə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987-1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989-2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002-2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Deportamentində direktor müavini vəzifələrində işləmişdir.

Musa Şəkiliyev Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2010-cu il tarixli 850 saylı sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

Musa Şəkiliyevin Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadəyə yaxın şəxs olduğu, ciddi qərarlarında onunla məsləhətləşdiyi deyilir.

Qlobal.az Qax rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı açıqlama alıb. İcra Hakimiyyətindən bildirdilər ki, Musa Şəkiliyevin Meliorasiya və Su Təsərrüfatı ASC-yə vəzifəyə gedəcəyi ilə bağlı yayılan məlumatlar yanlışdır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: muavin, DDA, Ehmedzadeye, bashchisi, gelir, cra, Ehmed,
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ