SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qax sakinləri icra başçısının fəaliyyətindən narazıdır – Musa Şəkiliyev etimadı doğrultmur

Qax sakinləri icra başçısının fəaliyyətindən narazıdır – Musa Şəkiliyev etimadı doğrultmur

Tarix:

17-06-2020, 09:14

/ 1 413 dəfə oxundu.
Qax sakinləri icra başçısının fəaliyyətindən narazıdır – Musa Şəkiliyev etimadı doğrultmur

Xəbər verildiyi kimi, May ayının 4-dən etibarən, Qax.org.az saytı onlayn sorğu həyata keçirib. “Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin fəaliyyətindən razısızmı?” sualına cavab verən 1203 nəfərin böyük əksəriyyəti 515 nəfəri (43%) Qax rayonu İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin heç bir fəaliyyətinin olmaması qənaətinə gəliblər, 135 nəfər (11%) icra başçısının zəif işlədiyini, yalnız 431 nəfər isə (36%) Musa Şəkiliyevin çox yaxşı işlədiyini, 122 nəfər (10 %) icra başçısının normal işlədiyini qeyd ediblər.

Ümumiyyətlə, 10 ildən artıq bir müddətdə Qax rayonu İcra Hakimiyyətinin başçısı işləyən Musa Şaban oğlu Şəkiliyevin Qax sakinləri ilə təmasları minimum səviyyədədir. İcra başçısının Qax sakinləri ilə səmimi təmaslarını əks etdirən hər hansı foto və ya videoya rast gəlmək mümkün deyil. Rayon ərazisində bərbad vəziyyətdə olan məscidlərlə ümumiyyətlə maraqlanmayan Musa Şəkiliyevin fəaliyyəti rayon möminləri tərəfindən də neqativ dəyərləndirilir.

Koronavirus pandemiyası dövründə ümumiyyətlə rayon camaatı arasında görünməyn icra başçısının Qaxın aztəminatlı təbəqəsi ilə maraqlanmadığı, bundan əlavə dövlətin göndərdiyi ərzaq yardımlarının təyinatı üzrə paylanmasına qeyri-ciddi yanaşdığı məlum olub.

Qeyd edək ki, Şəkiliyev Musa Şaban oğlu 23.09.1959-cu ildə Qax rayonunda anadan olmuşdur. O, 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbini bitirmiş, Rostov Vilayətinin Novoçerkassk şəhərindəki Novoçerkassk Mühəndis-Meliorasiya institutuna daxil olmuş və 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası alaraq institutu bitirmişdir. Musa Şəkiliyev əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası kimi başlamışdır. O, 1981-1986-cı illərdə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası və meşəbəyi, 1986-1987-ci illərdə Qax Rayon XDS İcrayə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987-1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989-2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002-2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Deportamentində direktor müavini vəzifələrində işləmişdir.
Musa Şəkiliyev Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2010-cu il tarixli 850 saylı sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.
Qax sakinləri icra başçısının fəaliyyətindən narazıdır – Musa Şəkiliyev etimadı doğrultmur

Şərhlər

XƏBƏR LENTİ