yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Deputat həmkarlarını tənqid etdi

Deputat həmkarlarını tənqid etdi
25-08-2017, 16:07 106 822 dəfə baxılıb

Son vaxtlar Milli Məclisdə təmsil olunan bir sıra deputatlar fikirlərini ifadə edərkən bilərəkdən ya da bilməyərəkdən bəzi yanlış ifadələr seçirlər ki, bu da cəmiyyətdə böyük səs-küy doğurur

Bundan sonra isə həmin deputatlar “mən əslində elə demək istəmirdim, fikirlərim yanlış anlaşılıb” ya da “mətbuat fikirlərimi təhrif edib” deməklə özlərinə haqq qazandırmağa çalışır, günahı jurnalistlərin üstünə yıxırlar.

Söhbəti konkret olaraq, hansısa deputat üzərində cəmləşdirmək istəmirik. Amma belə hallarla çox rastlaşırıq.

Məsələ ilə bağlı Milli Məclisin Regioanal məsələlər komitəsinin üzvü Tahir Rzayev açıqlama verib.

Deputat deyib ki, hər bir şəxs, deputat, məmur, icra başçısı dediyi sözün məsuliyyətini dərk etməlidir.

“O, dövlət xalq mənafeyindən çıxış etməlidir. Şəxsi mənafedən yox. Mənim bütün deputat həmkarlarıma hörmətim var. Amma biz danışanda gərək reallıqdan danışaq. Hüquqi, istintaq məsələləri var ki, bəzi həmkarlarım ona müdaxilə edir. Mən hesab edirəm ki, belə məsələlərə münasibət bildirmək düzgün deyil.

Çünki bu hadisələri müvafiq orqanlar araşdırmalıdır. Bir hadisə haqqında münasibət bildirilir və bu öz sübutunu tapmır. Bu düzgün hal deyil. Belə etmək bizim nüfuzumuza xələl gətirir. Biz real məsələlər barədə fikir söyləməliyik”.

Tahir Rzayev bildirib ki, bəzi deputatlar var ki, təhlükəsizliyimizlə əlaqədar, hərbi, istintaq və s. məsələlərə bağlı bilmədən fikir yürüdür.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: tenqid, hemkarlarini, Deputat, etdi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ