yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Əli Həsənovun istefası tələb olunur – Müraciət

Əli Həsənovun istefası tələb olunur – Müraciət
19-08-2017, 14:38 133 680 dəfə baxılıb
yüklənir...

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla bağlı ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət olunub.
Ağdam rayonunun bir qrup sakini tərəfindən göndərilən müraciətdə qeyd edilir ki, Komitə sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin avtoxuliqanlıq nəticəsində Bakının Heydər Əliyev prospektində “Mercedes Gelandewagen” markalı avtomobili ilə törətdiyi dəhşətli qəza hökumət rəhbərlərindən birinin ailə üzvünün Prezident İlham Əliyevin hələ dörd il bundan öncə məmurlara etdiyi xəbərdarlığa sayğısızlıqdır.
Müraciət müəllifləri xatırladırlar ki, dövlət başçısı dörd il öncə, Bakı Biznes Mərkəzində “2009-2013-cü illərdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə, mən də çıxaracağam. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”,- xəbərdarlığını etmişdi.
Müraciət müəllifləri hesab edir ki, əgər prezidentin dörd il əvvəl etdiyi xəbərdarlığa Ə.Həsənovun nəvəsi tərəfindən sayğısızlıq edilməsəydi iki nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası da baş verməzdi. Buna görə də, müraciət müəllifləri, prezidentin xəbərdarlığının əksinə gedib, belə ağır faciəyə səbəb olan şəxsin ailə böyüyü Ə.Həsənovun mötəbər vəzifə tutmasını doğru saymır və onun istefaya göndərilməsini xahiş edirlər.
Müraciət müəllifləri Ə.Həsənovun 1998-ci ilin sentyabrından bu günə kimi rəhbərlik etdiyi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətinin araşdırılmasını da təklif edir, bütün məcburi köçkünləri Əli Həsənovun istefası tələbinə qoşulmağa çağırırlar.
Qeyd edək ki, müraciəti Ağdam rayon sakinləri Yavər Misir oğlu Nəsirov, Möhübbət Süleyman oğlu Süleymanov, Misir Şura oğlu Quliyev və digər şəxslər imzalayıblar.

Reyting.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: istefasi, Eli, Muraciet, Hesenovun, teleb, olunur
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

25-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ