yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Abşeron rayon sakinləri İlham Əliyevə müraciət etdi - Cənab Prezident donuruq

Abşeron rayon sakinləri İlham Əliyevə müraciət etdi - Cənab Prezident donuruq
24-03-2017, 12:47 566 dəfə baxılıb

Abşeron rayon sakinləri Xalqxeber.az-a müraciət edib. Rayonun Masazır qəsəbəsində yaşayan vətəndaşlar mavi yanacaq problemindən şikayət edib.
Qəsəbə sakinləri - prezidentə ünvanladığı məktubda yazıb: "Sizin dəfələrlə "məmurlar əhaliyə xidmət etməlidirlər, vətəndaşlarla mədəni davranmalıdırlar” çağırışlarınıza baxmayaraq, bəzi məmurlar təəssüflər olsun ki, bu tapşırıqları dərk edə bilmirlər.
Cənab prezident, artıq iki aydır ki, yaşadığımız Masazır qəsəbəsində artıq neçə aydır ki, qaz problemi mövcuddur. Daha dəqiq desək əhali üçün nəzərdə tutulan mavi yanacaq, Masazır qəsəbəsində iş adamlarına məxsus "istixanalara" verilir. Bununla əlaqədar Azəriqaz istehsalat birliyinin Abşeron Rayon Qaz İstismar Sahəsinə dəfələrlə zəng etsək də, hətta yazılı müraciət etsək də bu problem həll olunmayıb.
Abşeron Qaz İstismar İdarəsi problemi həll etmək əvəzinə, normal məmur davranışının əksinə olaraq problemə laqeyd yanaşır, məsuliyyəti boynundan atır və vətəndaşları dinləmək belə istəmir.
Sizdən xahiş edirik, məmur laqeydliyinə son qoyulsun və qəsəbəmizə təbii qazın verilməsi tezliklə bərpa olunsun. Artıq 2 aydır davamlı müraciət etməmizə baxmayaraq bu günə kimi problemimiz hələ də həll olunmayaraq qalır. Əvvəlcədən minnətdarlığımızı və təşəkkürümüzü bildiririk”.

Xalqxeber.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-12-2017


15-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ