XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » İradə Gülməmmədova Masazır kənd sakinləri ilə görüşdü - FOTOLAR

İradə Gülməmmədova Masazır kənd sakinləri ilə görüşdü - FOTOLAR

İradə Gülməmmədova Masazır kənd sakinləri ilə görüşdü - FOTOLAR
29-01-2020, 19:41

Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Masazır kəndində sakinlərlə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Abşeronun bütün kənd və qəsəbələrində olduğu kimi Masazır kəndində də mütəmədi olaraq sakinlərlə görüşlərin keçirildiyini vurğulayan İ.Gülməmmədova ötən müddət ərzində bir çox işlərin görüldüyünü, vətəndaşlar tərəfindən qaldırılan problemlərin həlli istiqamətində mühüm addımlar atıldığını qeyd edib.

Sonra Abşeron RİH başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahlar Həsənov və Masazır bələdiyyəsinin sədri Rüfət Fətullayev hesabat xarakterli çıxış edərək görülən iş, həyata keçirilən abadlıq-quruculuq tədbirləri barəsində məlumat veriblər.

Bundan sonra kənd sakinləri çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən irəli sürülən təkliflərin reallaşmasında və problemlərin həll olunmasında müstəsna kömək etdiyini bildiriblər. Qeyd ediblər ki, ötən görüşlər zamanı qaldırılan problemlərin böyük əksəriyyəti tamamilə həll olunub. Çıxışçılar rayonda, eləcə də Masazır kəndində aparılan quruculuq və abadlıq işlərinə görə təşəkkür edərək, kəndin yeni salınan məhəllələrinə telefon xəttlərinin çəkilməsində və daxili küçələrin də abadlaşdırılmasında köməklik göstərilməsini xahiş ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.
İradə Gülməmmədova Masazır kənd sakinləri ilə görüşdü - FOTOLAR



XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.