SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İradə Gülməmmədova Masazır sakinləri ilə görüşdü - Foto

İradə Gülməmmədova Masazır sakinləri ilə görüşdü - Foto

Tarix:

27-09-2019, 15:49

/ 800 dəfə oxundu.
İradə Gülməmmədova Masazır sakinləri ilə görüşdü - Foto

Bu gün Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Masazır kəndində sakinlərlə səyyar qəbul-görüşü keçirilib.

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Masazır kəndində əhalinin sayının surətlə artdığını və qeyri-rəsmi məlumatlara görə, artıq 80 mini ötdüyünü vurğulayan İ.Gülməmmədova bildirib ki, bununla əlaqədar olaraq müəyyən ehtiyaclar yaranır. Yeni salınan yaşayış massivlərində kommunikasiya xətlərinin çəkilməsi istiqamətində böyük işlərin görüldüyünü, kəndin elektrik enerjisi, mavi qaz və içməli su ilə təmin edildiyini vurğulayan başçı mütəmədi olaraq sakinlərlə görüşlərin keçirildiyini və vətəndaşlar tərəfindən qaldırılan problemlərin həlli istiqamətində mühüm addımların atıldığını qeyd edib.

Sonra Abşeron RİH başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahlar Həsənov və Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev hesabat xarakterli çıxış edərək gördükləri iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri barəsində məlumat veriblər.

Kənd sakinləri rayonda, eləcə də Masazır kəndində yeni salınan məhəllələrinə telefon xəttlərinin çəkilməsində, küçələrin abadlaşdırılmasında, marşrut xəttlərindəki avtobusların sayının çoxaldılmasında köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.



Şərhlər

XƏBƏR LENTİ