SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Baba Rzayevin Şəki EŞ işçilərinin qanunsuz əməllərindən xəbəri varmı?

Baba Rzayevin Şəki EŞ işçilərinin qanunsuz əməllərindən xəbəri varmı?

Tarix:

16-02-2019, 14:41

/ 1 235 dəfə oxundu.
Baba Rzayevin Şəki EŞ işçilərinin qanunsuz əməllərindən xəbəri varmı?

Şəki rayonu, Baş Göynük kənd sakini Yusibov Nadir Yusib oğlu Aktualinfo.org onlayn qəzet redaksiyasının elektron poçtuna “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti Şəki rayon Elektrik Şəbəkəsinin işçiləri ilə üzləşdiyi problemin ictimaiyyətə çatdırılmasını və onların bu qanunsuz əməllərinə həm aidiyyatı orqanların, həm hüquq mühafizə orqanlarının, həm də ictimaiyyətin qiymət verməsini istəyir. Məsələnin maraqlı tərəfi isə bu kimi problemlə təkcə Nadir Yusifov deyil, Baş Göynük kəndində bir neçə nəfərin də başına gətirldiyini bildirilir. Problemin aktuallığını nəzərə alaraq Nadir Yusiofovun müraciətini olduğu kimi oxucuların diqqətinə çatdırırq:

” Mən adi bir sürücüyəm və ilin 6 ayını yaşadığım Baş Göynük kəndindən 16 km aralıda yerləşən təsərrüfat sahəsindəki daxmada yaşayıb ailəmlə işləyirik. Payız-qış vaxtı isə həmişə odun sobasından istifadə etmişik. Buna baxmayaraq 554540401502170 kodu olan abonent kimi evdə işlətdiyim elektrik enerjisinə görə də vaxtı vaxtında ödənişi yerli poçt şöbəsinə etmişəm. lakin bütün bunlara baxmayaraq kəndimizdə elektrik xəttləri kabelləşdi və sayğaclar da uyğun olaraq dəyişdirildi. 19 oktyabr 2017-ci ildə evdə heç kimin olmadığı bir vaxtda mənim də elektrik sayğacımı Babyev Ağaman adlı “Azərenerji” ASC-nin Şəki EŞ-in işçisi gəlib dəyişdirmiş, yeni 03585953 saylı sayğac qoyub getmişlər. 2018-ci ilin əvvəlində elektrik nəzarətçisi yeni qaydaya uyğun sayğacın göstərişinə görə qəbz verəndə gördüm ki, əlavə olaraq 598 AZN qalıq borc yazılıb. Məsələ ilə bağlı nəzarətçilərlə görüşüb məsləni aydınlaşdırmağa çalışsam da dedilər ki, bu borc sənin əvvəlki 68137901 nömrəli sayğacında ödənilməmiş borc olub ki, bunu da təzə sayğaca əlavə etmişik. Mən əvvəlki nəzarətçimiz olan Səfalı ilə də görüşüb müzakirə etdim ki, necə olur ki, hər ay ödəniş etdiyim halda mənə külli-miqdarda borc yazılıb? Əgər belə olardısa axı mənim elektrik təchizatım dərahl dayandırılmalı idi. Dedi düz deyirsən, sənin borcun olmayıb. Olsaydı mən sənin işığını xəttdən ayırardım.

Sayğacın dəyişilməsilə bağlı tərtib edilən 19.10.2017-ci il tarixli, 616697 saylı Protokoldan da görünrür ki, mən istehlakçı olaraq qəbul vaxtı sənədi imzalalmamışam. İcazəsiz götürüb aparıblar. Və göstərici yerinə də 07633 kvt yazıb qeyd ediblər. Çox yaxşı. Mən həmin cəmi sayğacda göstərilən 7633 x 7 qəpiyə vuranda belə cəmi 520 manat pul yaza bilərdilər. Və o halda ki, mən son illər bir qəpik belə ödəniş etməsdiyim halda. Amma elektrik dələduzları ağına-bozuna baxmadan borcu mənə “yükləyiblər”. Bu hal bizim məhəllədə təkcə mənim başıma gəlməyib. Digərlərini də 300 man, 500 manat yükləyiblər. Elə Həşimov Daşqında olduğu kimi. Ona da 500 manat yazıblar. Dəflərlə Elektrik idarəsinə gedib bu məsləni insafla həll etməyi xahiş etsəm də xeyri olmadı. Və mənə o da məlum oldu ki, elektrik dələduzları bu yolla məhz mənim kimi sakit-fağır insanları seçib şikayət edə bilməyəcəyimizdən tam əmin olub kəndə verilən elektrik limitini sayğacdankənar işlədən kafe-dükan, kommersiya sahiblərindən əldə etdikləri pulun yerinə bizimkimiləri sonda “yükləyiblər”. Sonda mənim kimi insanlar elektrik dələduzlarının törətdikləri yaramaz əməllərə görə dövlətdən narazı salınır. Bir daha xatırlatmaq istəyirəm ki, mənim evimdə soyuducu və televizordan başqa heç bir elektrik cihazı istifadə olunmur. Və necə ola bilər ki, aylıq heç 200 kv enerji işlətmədiyim və hər ay 10-20 manat pul ödədiyim halda sonda mənim 598 Azn borcum yaranır. Hesab edirəm ki, bu sahədə baş alıb gedən qanunsuzluq və özbaşnalıqlar əlaqədar təşkilatlar tərəfindən ciddi araşdırılmalı və son qoyulmalıdır.”
Müracıətin sonunda vətəndaş Nadir Yusifov ölkə başçısı İlham Əliyev cənablarından “Azərenerji”nin Şəki Elektrik Sahəsi üzrə son 5 ildə törədilmiş bu və bunun kimi özbaşnalıqlar araşdırlaraq öz hüquqi qiymətini alması üçün lazımi göstəriş verəsini xahiş edir. Maraqlıdır görəsən bu kimi qanunsuzluqlara yol vermiş işçilərinin əməllərinə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev niyə göz yumur? Yaxud da başı yeni vəzifəsinə qarışdığından Şəki Elektrik Şəbəkədə vətəndaşların incidildiyindən heç xəbəri yoxdu? Aktualinfo.org məsələ ilə əlaqədar araşdırmalarını davam etdirəcək və yaxın günlərdə bu kimi qanunsuz əməllərə yol verənlərin barəsində daha geniş məqalə hazırlayacaq.

Aktualinfo.org

Şərhlər

XƏBƏR LENTİ