XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Şəki sakini haqsızlıqla üz-üzə... - ŞİKAYƏT

Şəki sakini haqsızlıqla üz-üzə... - ŞİKAYƏT

Şəki sakini haqsızlıqla üz-üzə... - ŞİKAYƏT
9-08-2017, 11:00

Redaksiyamıza yazan Şəki rayonun Baş Göynük kənd sakini Fazil Vəliyev üzləşdiyi haqsızlıqdan giley edir. Narazı vətəndaşın daxil olan müraciətində qeyd olunur:
"Ailəm 5 nəfərdən ibarətdir. Hazırda Şəki rayonun Baş Göynük kəndində balaca bir daxmada yaşayıram. Mənə və ailəmə məxsus olan digər heç bir əmlakım yoxdur. Özüm 3-cü qrup əliləm. Uşaqlar yetkinlik yaşına çatmayıblar. Yoldaşım işsidir. 2016-cı ilin oktyabr -noyabrında ünvanlı sosial yardım almışam - 198manat. Sonra səbəb göstərmədən dayandırdılar. Məcbur olub ailənin təmsilçisi kimi elektron formada 1612277001649 N-li ərizəilə yenidən müraciət etdim. 21.04.2016-cı il tarixli cavaba görə "Azərişıq"ASC-də abonent kodumun aşkarlanmadığını əsas gətirərək ailəmə sosial yardımın verilməsindən imtina edilmişdirlər".
Daha sonra yazan Şəki sakini bildirir: "Hesab edirəm ki, bu səbəb formal xarakter daşıyır. Əgər hər bir sənədim düzdürsə komissiya niyə gəlib yerində yoxlamalı və elektirkə görə abonent kodumun və sayğacımın nömrəsini yerində araşdırmaq əvəzinə belə bir əsassız bəhanə qoyur?. Digər rayon və şəhərlərdə adətən ayrılmış komissiya ərizə yoxlanıb sosial yardım almağa düşdüyü halda gedib yerində baxış keçirirlər. Axı evim elektriklə təchiz edilir. O zaman nəyimə lazımdır ki, abonent kodumu, sayğacımı gizlədim. Bu absurddur.
Bu bahənin mənası budur ki, məndən tələb olunan 400 manatı verdiyim halda bu oyunbazlıq dərhal həllini tapacaqdır. Axı mən kasıbdan da kasıbam. Əliləm. Üç azyaşlı övladıma çörək tapmıram.İnsanların qapısında nökərkilik edirəm ki, acından ölməyək.İndi vəziyyət daha da acınacaqlıdır.İnsanlar əvvəlki illərə baxanda indi bir iki manat pul verib qapısında işlətməyə belə pul tapmırlar ki, mən də ailəmə gündəlik çörək aparım.İndi bizim günahımız nədir ki, dövlətin ayırdığı bir parça çörəyi bizə vermək üçün harın məmurlar pul tələb edir? Bu gün mən ailəmin üzünə baxa bilmirəm. Başa düşürsünüzmü cənablar. Axı dilənçi vəziyyətində yaşayan bir ailədən nəsə ummaq nə insanlığa, nə də müsəlmançılığa yaraşan bir iş deyil. Xahiş edirəm mənə bir Azərbaycan vətəndaşı olaraq ünvanlı sosial yardım almağıma köməklik edin.

Vəliyev Fazil Hüseynbala oğlu mob.tel. 051-844 98 12".

Qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.