XalqXəbər.Az

Ağdaş təhsilində ailə idarəçiliyi

yüklənir...
Ağdaş təhsilində ailə idarəçiliyi
8-11-2018, 12:40
yüklənir...

Son zamanlar respublikamızda təhsilin səviyyəsinin artırılması yönündə dövlət tərəfindən bir sıra təqdirəlayiq işlər görülür. Buna misal olaraq əyalət rayonlarında yeni tikilmiş və əsaslı təmir olunmuş məktəb və məktəbəqədər tədris müəssisələrini göstərmək olar. Ancaq buna baxmayaraq, bəzi rayonların təhsil şöbələrinin rəhbərləri özlərinin vəzifələrindən gəlir mənbəyi kimi istifadə edirlər.

Belə ki, əldə etdiyimiz məlumatlara görə Ağdaş rayon kənd məktəblərində dərsə davamiyyət yox dərəcəsindədir. Məlumatlı şəxs bildirir ki, yuxarı siniflərin bəzi şagirdləri var ki, illərlə məktəb üzü görməsələr də adları sinif jurnalında əksini tapmaqdadır və ilin sonunda digər şagirdlər kimi attestat alırlar.
Ağdaş Təhsil şöbəsinin müdiri Hürü Əliyeva Təhsil Nazirliyindəki yüksək post tutan adamına arxayın olub kütləvi pul yığımları,məktəb direktorlarından maaş kartlarının tələbi, fond pulları,hər bir uşaqdan 3+5 manatdan aylıq müxtəlif işlər adından yığılan məbləğlər həm valideyinləri həm də rayon ziyalılarının ciddi narazılığına səbəb olur.

Dəfələrlə Mətbuta və Təhsil Nazirliyinə şikayətlər yazılı və şifahi məlumatlar verilsə də buna baxmayaraq Hürü Əliyeva və oğlu Rəhman Cəfərli Ağdaş Təhsilini özlərinə məxsus idarəçiliklə davam etdirirlər.

Mozalan.az-a danışan mənbəmiz onu da bildirdi ki,rayon ziyalılarının dediklərinə görə kim ki Ağdaş Təhsilindən harasa şikayət edir Hürü Əliyevanın oğlu Rəhman Cəfərli dərhal həmin adamı tapıb hədə qorxu ilə cəzalandırır.Bu yaxında da məhz bununla bağlı mətbuatda mütamadi yazılar dərc olunmuşdur.Buna misal olaraq Murad adlı gənc jurnalist Ağdaş təhsilinin özbaşınalığından yazı dərc etdiyinə görə telefonla(Vatsapda) ölümlə hədələnib amma nədənsə sonralar bu yazılar mətbuatdan yığışdırılıb.

Bir sözlə Ağdaş Təhsili korrupsiyadan boğulur bu boğulmadan şikayət edənlər qanunsuz yolla (qol və pul gücünə)başa salınır.

Mozalan.Az

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.