SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Əhəd Abıyev qollarını çırmayıb - Mingəçeviri istəyir

Əhəd Abıyev qollarını çırmayıb - Mingəçeviri istəyir

Tarix:

10-09-2018, 13:46

/ 1 789 dəfə oxundu.
Əhəd Abıyev qollarını çırmayıb - Mingəçeviri istəyir

Bir neçə gün əvvəl Niyazi Bayramovun yerinə Mingəçevirə başçı gətiriləcəyi haqda xəbərləri yayılan Daşkəsəni hazrıki rəhbəri, keçmiş deputat Əhəd Abıyevlə bağlı ilginc iddia səslənib.

Belə ki, məlumatlandıran qaynağın iddialarına görə, Daşkəsən RİH başçısı həqiqiətən də Mingəçevirə göndərilməsi üçün hərəkətə keçib.

Mənbənin söylədikləri: "Konkret olaraq, himayədarına müraciət etdiyi deyilir. Məlumdur ki, Əhəd Abıyev Bəylər Əyyubovun çətiri altındadır. Bəylər müəllim də kifayət qədər təsir imkanları olan bir şəxsdir. Yəni onun Əhəd Abıyevin arzusunun gerçəkləşməsinə dəstək ola biləcəyi inandırıcıdır. Yəni imkanları daxilindədir".

Mənbə açıqlamasında onu da əlavə edib ki, Əhəd Abıyev Mingəçevirə gələ bilməyəcəyi təqdirdə, başqa bir əyalət rayonuna başçı göndərilməsi üçün də şanslarını dənəyir.

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ